Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: QARIŞIQ DÜŞƏN YERLƏRİN FACİƏSİ

Mirzə Xəzər 26 Fev 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

Bir vaxtlar ədəbi birliklər, dərnəklər yaradıcı gənclərin ən çox can atdıqları yerlər idi. Uzun müddət ədəbi birliyin rəhbəri olan hörmətli ŞAİR Məmməd İsmayıla ədəbi gənclik ASLAN kimi baxırdı. Və bizə elə gəlirdi ki, ASLANın yanında ŞİR, PƏLƏNG balaları oturar. Amma ONLAR canlı aləmə məlum olmayan, ASLAN kölgəsində gizlənən əcaib məxluqlar idi. Həmin əcaib məxluqlar kölgədə böyüsələr də, KÖLGƏdə qalmadılar. Günəş şəfəqlərini görməyən KÖSTƏBƏKlər kor yazıları, qara ruhlu cızma-qaraları ilə özlərinə “DAHİ” kimi baxırdılar. O vaxtlar istedadlı şair Ramiz Qusarçaylı Rusyaya işləməyə getdi. Azərbaycanda baş verən ədəbi hadisələr haqqında ona məktublar yazırdım. Bəzən maraqlı yazıları qəzetlərdən kəsib, Donetskə - Ramizə göndərirdim. Ona “Qarışıq düşüb yerlər”şerimi də yollamışdım:

 

Qarışıq düşüb yerlər,
Qarışıq düşüb, qardaş!
Bənövşənin ətrini
Çayırlar bəyənməyir.
Aslanın yuvasından
Qarşıma tülkü çıxır.
Bülbülün gülünə
Qarğa eşq elan edir...

 

Ramiz Qusarçaylı Donbasda kömür şaxtasında işləyirdi. Mənim şerimi də yerin altında oxuyub “Yer” ilə cavab yazmışdı:

 

...Görən bu yerləri kim qarışdırıb,
Qarışan qazandı, ya qarışdıran?!
İndi hər qazanda iki baş durub:
Nə qoç döyüşü var, nə buynuz qıran.

Heç kəsin yerinə göz dikməmişəm
Yerimdə ağlayım,gülüm bəsimdi.
Torpağın üstündə diz çökməmişəm
Altında uzanıb ölüm, bəsimdi.

Torpağın Vətəni ,qürbəti yoxdu,
Yer bölən yerlərdə qəhətdi yerim.
Torpağın üstünə minnəti yoxdu
Torpağın altında rahatdı yerim...

 

İyirmi il əvvəl DİRİ OĞULLAR “ Torpağın altında rahatdı yerim...” dediyinə görə bu gün torpağın üstündə DİRİ heç nə yoxdur. ASLAN saydığımız OĞULLARIN yanında əcaib məxluqlar oturduğuna görə ƏCAİB yazarlar çayır kimi çoxaldı, DÜNYA əcaib görkəmə düşdü.


Yerlər qarışıq düşüb...Yerlər “loto daşları” kimi torbada qarışdırılıb bir-bir paylanır. Çoxu öz ixtisası üzrə işləmir və layiq olduğu yerdə oturmayıb. Əgər belə bir “PEŞƏ AZADLIĞI” qanunu olcaqdısa və hal-hazırda fəaliyyətdədirsə, niyə Ali məktəblərə qəbul ayrı-ayrı ixtisaslar üzrə aparılır? Əlavə xərclər, həyəcanlar ,zırıltılar,zıqqıltılar... nəyə lazım? Onsuz da kim harada iş tapa bilir orda başını girləyir. İnşa yaza bilməyən JURNALİST, təzyiq ölçə bilməyən HƏKİM, bir kitab oxumayan KİTABXANAÇI, baş verən cinayətləri ört –basdır edən POLİS, dərs vaxtı yatan MÜƏLLİM... sürüsü kimə lazımdır? Zay kadrların “istehsalına” xərclənən paralar yetim-yesirin boğazından kəsilir.

 

Bizim məhəllədə bir kişi yumurta alveri ilə məşğuldur. İxtisasca göz həkimidir. Yumurta sata-sata göz həkimliyini də edir. Maşında göz yoxlamaq üçün aparatı var. Çaşıb yumurtalarını sındıran müştərilərini bir damcı da danlamır. Tez göz aparatını çıxardıb müştərinin gözlərini yoxlayır, müalicəsini yazır. Hətta bir tanışa demişdi ki, əvvəlcə dişlərini müalicə et, sonra yanıma gələrsən. Çünki göz ağrıları, çox vaxt xəstə dişlə əlaqəli olur.

 

Başqa bir misal. Çox məşhur bir aktyoru bazarda stol qoyub, corab satdığını görəndə başımın tükü qalxdı. Saçı-saqqalı ağaran aktyorun çörək parasını qazanmaq üçün corab alveri ilə başını qatması, yerlərin qarışıq düşməsi bolluğundandır. Əsl corab, tuman ALVERÇIlərinə isə ev bağışlanır, təqaüd verilir, yaxasına medal vurulur.

 

Bir vaxtlar teatr səhnəsində rolunu məharətlə oynayan aktyorlar, indi ƏCAİB HƏYAT SƏHNƏSİndə epizodik “rolun” da öhdəsindən gələ bilmirlər. Çünki onlar əsl sənət fədailəridir-OYUNBAZ deyillər.


Bir dəfə avtobusla Naxçıvandan İğdıra gedirdik. Sərnişinlərə keks,sok paylayan cavan oğlan bizə yaxınlaşanda zarafatla oğlumdan soruşdu:


-Sən kişisən, yoxsa mən? -Oğlum “Mən!” deyəndə, 25-30 yaşlı gənc KİŞİnin üzü qızardı, amma gülə-gülə dedi:


-Düz deyirsən, KİŞİ sənsən! Mən kişi olsaydım sən boyda uşağa qulluq etməzdim...
Yol boyu 25-30 yaşlı böyük KİŞİ, 5-6 yaşlı balaca KİŞİyə daha çox diqqət və qayğı göstərdi. Bəlkə də balaca uşağın KİŞİlik “dərsindən” sonra o oğlan ƏSL İŞ YERİ uğrunda mübarizə aparacaqdı. Bəlkə də o anladı ki,insan aciz olanda ondan nəinki iş yerini,hətta KİŞİ üçün ən dəyərli olan ATINI,PAPAĞINI,ARVADINI da alıb,arxasına bir təpik də vurarlar.
Balaca bir oğlan uşağının şıltaqlıqdan özündən yaşca çox böyük olana “KİŞİ mənəm!” deməsi qorxulu deyil,gülməlidir.Amma böyük OĞLAN “uşaqlarının” DƏYƏRLİ AĞSAQQALlara “KİŞİ mənəm,mənə xidmət göstər!”əmr etməsi,layiq olduğu yerdə oturda bilməməsi çox qorxuludur və ağlamalıdır.

 

Qarışıq düşən yerlərin ucbatından CƏNNƏT QARABAĞDA AZƏRBAYCANlılar yox, quduz ERMƏNİlər yaşayır.

 

Xərçəng xəstəliyinin qarşısını almayanda bütün BƏDƏNə yayılır və həyat bitir. Qarışıq düşən yerlər XƏRÇƏNG xəstəliyi kimidir. Qarşısı alınmasa, hərə öz yerində oturmasa nə HƏYAT olacaq, nə də VƏTƏN !


 

DAY.AZ VƏ TODAY.AZ HAKİMİYYƏTİN NƏZARƏTİNƏ KEÇDİ

Mirzə Xəzər 25 Fev 2009

no comments

Day-az

Keçmiş MTN-çi saytların rəhbəri oldu


day.az-ın yeni rəhbəri - sabiq MTN-çi, Fərhad Əliyevin keçmiş müşaviri, DİP Siyasi Şurasının üzvü...

Bu informasiyanın ən diqqətçəkən tərəfi isə saytın yeni redaktorunun kimliyidir. Xatırladaq ki, İlqar Hüseynov 2004-cü ildən “Trend”in direktorudur. O, Demokratik İslahatlar Partiyası (DİP) Siyasi Şurasının üzvüdür. Dosyesi ilə tanışmaq olmaq istəyənlər üçün:


1962-ci il noyabrın 3-də Bakıda anadan olub. 109 saylı məktəbi bitirib. Moskva Aviasiya İnstitutunun iqtisad fakültəsində əyani təhsil alıb. 1986-88-ci illərdə Neftayırma Zavodunun komsomol təşkilatının katibi vəzifəsində çalışıb. 1988-2000-ci illərdə milli təhlükəsizlik orqanlarında qulluq edib. 2000-2004-cü illərdə iqtisadi inkişaf nazirinin müşaviri vəzifəsində çalışıb. 2004-cü ildən “Trend” analitik-informasiya agentliyinin direktorudur.
Dosyesi kifayət qədər ilginc məlumatlarla zəngin olan İ.Hüseynovun “Trend”dəki fəaliyyəti ilə bağlı redaksiyamıza çoxsaylı məlumat daxil olub. Məlumatlara görə, İ.Hüseynov agentliyin fəaliyyəti ilə sıx maraqlanmır. Yəni gündəlik planlaşdırmalarda iştirak etməyən direktor əsasən redaktorlar və şöbə müdirləri ilə məsləhətləşmələr keçirir. İşinə çox dəqiq və həssas yanaşan İ.Hüseynovun jurnalistlərlə təması nadir hallarda olur. O, hətta saytda və ya bülletendəki hansısa səhvə görə jurnalistləri yox, redaktorları, rəhbərlikdə olan şəxsləri məsul sayır.


Bu arada zəruri bir qeyd olaraq onu da bildirək ki, “Trend”in İ.Hüseynovdan öncəki rəhbəri İnqilab Əhmədov da DİP Siyasi Şurasının üzvüdür. Yəni hər iki direktorun eyni partiyanın rəhbərliyində təmsil olunması təsadüf sayıla bilməz.

Sevinc TELMANQIZI ("Yeni Musavat" qəzeti)

http://www.musavat.com/site/shownews.php?news_id=48755

Xocalı faciəsinin 17-cı ildönümü tamam olur

Mirzə Xəzər 25 Fev 2009

no comments

xocali

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş qırğın zamanı şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-u qətliamın quranı oldu.

Xocalı faciəsində həlak olanlara Allah rəhmət eləsin!

Əvvəlki məqalələr

Sonrakı məqalələr