GƏNCLƏRƏ İŞ VERDİLƏR
2009-11-11 - 13:22:00
Noyabrın 11-də Səbail Rayon Məhkəməsi gənc fəallar Emin Millini 2 il 6 ay, Adnan Hacızadəni 2 il müddətində azadlıqdan məhrum edib.
Gənc fəallar bu il iyulun 8-də “Livan” restoranında baş verən münaqişədən sonra tutulmuşdular. Onlar xuliqanlıqda və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar. Gənclər ittihamları qəbul etmirlər və həbslərinin sifarişli olduğunu deyirlər.
Emin Milli 1979-cu il oktyabrın 14-də Bakıda doğulub. Paytaxtın 251 saylı orta məktəbini bitirib. Ailəlidir. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub. Almaniyada 6 aylıq proqramda iştirak etdiyindən BDU-nu bir il gec - 2000-ci ildə bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə
məşğuldur.
Adnan Hacızadə 1983-cü il iyulun 13-də Bakıda doğulub. Bakı Avropa Liseyini bitirib. 2000-ci ildə Qərb Universitetinə daxil olub, bir il sonra ABŞ-ın Riçmond Universitetinə transfer olub, burada siyasətşünaslıq üzrə bakalavr təhsili alıb, 2005-ci ildə Bakıya gəlib, Xəzər Universitetinin hüquqşünaslıq fakültəsində bakalavr dərəcəsi alıb.
«Media forum»
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: “HƏYƏCAN -92” VƏ DONUZ QRİPİ
Sonrakı məqalə: Pərviz Cəbrayıl: QƏNİMƏT ZAHİDİN YOLU...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4637
