Salam Mirzə müəllim!
Salam Mirzə müəllim! Hər dəfə Sizin "Mirzə Xəzərin Səsi" ünvanına daxil olduqca burada böyük bir xalqın ünlü səsini eşidir, onun dağ boyda dərdini qələmə alan əsil yazarların fikirlərinə şərik oluram. Düşünürəm, nə yaxşı ki, Mirzə Xəzər var, "Mirzə Xəzərin Səsi" var. Məhz bu səs xalqın haqq-ədalət uğrunda savaş səsini gözləri kor, qulaqları kar dünyaya çatdırır. Allah yardımçınız olsun! Amin!
Mirzə Xəzər
Haqqın danışan dili, vuran qolusan,
Həm haqsan, sən həm də haqqın yolusan,
Bu sində sinirməz, sinədolusan.
Dünyan türk dünyası, Doğu, Batısan,
Canım Azərbaycan, Anadolusan!
***
Həm sual, həm cavab, əməlin savab,
Məfkurən, mətləbin saf, təmiz su, ab,
Əməyin, ədəbin, ətirin gülab,
Yad nəzər, bəd nəzər izləyər, gəzər,
Ədalət simvolum sən Mirzə Xəzər!
***
Azadlığ carçısı, azarımız bol,
Bələkdən, beşikdən bezarımız bol,
Məhəbbət, məşəqqət, məzarımız bol,
Məqsədə çatmağa aparan bu yol
Yoxuşlu - enişli, ey Mİrzə Xəzər!
***
Dərdin Xəzər boyda, dərmanı da az,
Bu doğma diyara gecikir yaz yaz,
Təmənna ummadın nə çox, nədə az,
Əsas cansağlığı, canın olsun saz,
Dərdlər səndən həzər, həzər, min həzər,
Azadlığ carçısı, can Mirzə Xəzər!
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
05.11.2009-cu il
Hüseyn Hüseynov
Əvvəlki məqalə: NATO STANDARTLI İNƏKLƏR
Sonrakı məqalə: Turxan Qarışqa: QRANTAMYOT AXTARIŞI
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4632