Məlahət Ağacanqızı: UÇURUMDA SEVGİ...(şeirlər)
GÖZ YAŞLARI BOL OLAN YERDƏ
ŞİRİN SULAR TAPILMAZ...
BİR GÜN GÖRMƏDİM…
Sənli anlarım,
Dəqiqələrim,
Saatlarım
Ömrüm içində
24 saat ola bilsəydi
məzarım üstünə deyərdim yazın:
“Ömründə BİR GÜN görüb”
QƏZAM...
Bütün ürəklərdə
yer
iki nəfərlik...
Üçüncü gələndə
qəza baş verir...
CANIM ,ürəyim-
qəzam xoş gəldin...
Ürəyim, canım-
qəzan mübarək...
VƏRDİŞ EDİRƏM...
Səni görmək üçün
Canım canımdan çıxır...
İstəsəm elə indi gələrəm-
Ölərəm
Dirilərəm...
Sevərəm
Sevilərəm...
Gəlmirəm!-
Sənsiz yaşamağa
vərdiş edirəm...
***
Səni unutmaq üçün
əllərimi açıb
dua edirəm-
əllərimin içində
rəsmin görünür...
TƏNHALIQ...
Səndən və
Allahdan başqa
heç kimim yoxdur...
Amma
nə sənin yanına
gələ bilirəm,
nə Allahın yanına
gedə bilirəm...
Niyə yaşayıram,
necə yaşayıram,
heç özüm də bilmirəm...
SONUNCU...
Tənha qalanda
darıxanda
qorxanda
məğlub olmamaq üçün
başıma çaxmaq istədiyim
SONUNCU gülləmsən...
SƏNi-
sonuncu gülləmi
gicgahıma tuşladım
dodaqlarıma sıxdım
ağzımdan qan yerinə
çiçək töküldü...
Əvvəlki məqalə: ƏRDOĞAN BAKIDA TÜRKİYƏ BAYRAQLARININ ENDİRİLMƏSİNƏ MÜNASİBƏT BİLDİRDİ
Sonrakı məqalə: Məlahət Ağacanqızı: MİRZƏSİZ QALAN MƏMLƏKƏT...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4627
