Pərviz Cəbrayıl: QƏNİMƏT ZAHİDİ ŞƏRLƏYƏN QADIN-HAKİMİYYƏTİN ƏSAS DAYAĞI HƏBS OLUNDU
Sevgiladə Əzim qızı Quliyeva. “Neftçilər” xəstəxanasından qızıl-zinət əşyaları oğurladığına və çantasında hörmətli miqdarda heroin aşkarlandığına görə həbs edilib. Kopoyoğlunun nefti, adı gələn yerdə ən əziz adamlarına belə rəhm eləmirlər də…
Sevgiladə Əzim qızı Quliyeva hər şeyi boynuna alıb, onun cinayət ortaqları da məlumdu, heroin gətirməsini tapşıran şəxsin adı isə hələ nə üçünsə çəkilmir. Ama cidanı çuvalda gizləmək olmur. Onun da adı məlum olacaq. Bir də gördün, həmin şəxsin adı hansısa Vüsal oldu. Soyadının heç fəqri yoxdu. Bu məşhur qadını Xətai rayon polis idarəsi həbs eləyib. Qənimət Zahidin məhkəməsində şirə dönüb Aqil Xəlili parçalamaq istəyən Sevgiladə müstəntiqin qarşısında quzuya dönmüşdü. Hakimiyyətin iyi dəyən bütün insanların sonu bu!
İndi bir növ belə çıxır ki, Xətai polisi Yasamal rayon polisinin, Daxili İşlər Nazirliyinin, Prokurorluğun, Prezident aparatının - bütün H.Ə.-izmin bostanına daş atıb. Hələ üstəlik Tv-də tamaşaçılardan xahiş olunur ki, bu qadın haqqında kim nə bilirsə, kim haçansa, hansısa formada onun zavalına gəlibsə, zərərə uğrayıbsa, Xətai rayon polis şöbəsinə, ya istintaq idarəsinə məlumat versin - düzü, mən dövlət idarələrinin adlarını o qədər də ayırd eləyəmmirəm, dəqiq bilmirəm ki, hansı nə məzhəbə qulluq eləyir; bu cür
idarələrin adı çəkiləndə, ağlıma adamların şərlənib tutulması, ilişdirilməsi, mitinqlərə çıxıb haqlarını tələb eləyənlərin qan qusdurulması, kütləvi adam oğurluğu, evləri buldozerin ağzına verilib dağıdılan camaatın yerində farağat oturdulması, buldozer yiyələrinin mənafeyini qorunması gəlir - kəsəsi, şər-şəbədə. O mənada bu idarə adlarının mənimçün bir elə fərqi yoxdu - tək sözlə ifadə eləsək, Əliyevçiliyin Dayaqları İdarəsi. Xalqın sayılıb, xalqa zərrəcə dəxli olmayan qurumlar.
Hə, biz bu qadını tanıyırıq. Əzim kişinin qızıdı. Ama Əzim kişi bu övladından hələ uşaqlığından imtina eləyib - düz yolun yolçusu olmadığına görə. Əmisinin yazığı gəlib, götürüb ki, himayə eləsin. Bir az sonra kiməsə qoşulub, onun da evindən qaçıb. Bəzi tanıyanların verdiyi məlumata görə, əxlaqsızlıq, narkotika və şərləmələrlə məşğul olub. Doğmaca atasının imtina elədiyi bu adamcığaz sonradan hakimiyyətin əziz-xələfinə çevrilib. Neçə-neçə insanın ilişdirilməsində istifadə edilib. Bu, Azərbaycanda adi normadı.
Oğruyla, quldurla, cibgirlə, başkəsənlə, yavagəzdiylə, anasının əmcəyini kəsənlərlə, dini-imanı olmayanlarla, cinsi oriyentasiyası sapıq olanlarla can-bir, qəlb-bir olmaq. Halbuki hükəmalar, nəhəng dövlət və siyasət adamları ta qədimdən bu günəcən buyurub ki, uzunömürlü və sarsılmaz olmaq istəyən hakimiyyətlər, padşahlar, xanədanlar gərəkdir elm və ürfan adamlarıyla oturub-dura. Bu isə bizim hakimiyyətin şərikinə iş tutduğu adamdı - Sevgiladə Əzim qızı Quliyeva, Vüsal Həsənov… Sonra da deyirlər ki, əşşi, özünüzü
bica yerə yormayın, kimsə bu hakimiyyətə bata bilməyəcək. Bunlar Süleymandan da çox oturacaq taxtda. Bəli, bu cür zor maşınına kimsə batışa bilməz. Demokratiya bu xanədanın heç kandarına da ayaq basa bilməz. Əmma və lakin… Bu recim özü öz qətdalı, öz qənimidi. Sevgiladələrlə şərikli bostan əkən recimin ömrü elə sevgiladənin bəyliyi qədər olar.
Hə, Tv elan eləyir ki, onu tanıyanlar bizə xəbər eləsin. Elədik. Biz tanıyırdıq onu. Yasamal Polis idarəsində şəkli axtarışda olan adamların lövhəsində vurulan bu hakimiyyət xanımı bizim də qızılımızı oğurlayıb. Hakimiyyətlə əlbir olaraq. İndi vicdanınız olsun. Bildiniz ki, bu adam oğrudu, xalqın namuslu qızı, Vüsalın sevgilisi, nişanlısı deyil və biz də itiyimiz haqda sizə məlumat verdik, onda bizim Qəniməti də qaytarın. Sevgiladəyə “cındır” dediyi, Vüsalı xürd-xəşil elədiyi iddia olunan adamı. Əks halda biz elə düşünəcəyik ki, bu hakimiyyətin Sevgiladədən heç bir fərqi yoxdu! Ya bunun da sizinçün fərqi yoxdu???
Əvvəlki məqalə: Salam hormetli ve eziz Mirze dayi
Sonrakı məqalə: Birinci dəfə rüşvət verəndə 17 yaşım tamam olmamışdı
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4616
