Demokratik qüvvələr ulu öndər Rəsulzadənin 125 illik yubileyini onun ata yurdunda qeyd etdilər
NOVXANIDA BÖYÜK ANIM GÜNÜ
Bu gün ölkənini demokratik qüvvələri Novxanı kəndinə gedərək, 125 il əvvəl bu kənddə doğulmuş ulu öndər, dövlət müstəqiııiyimizin banisi, Azərbaycan Respublikasının qurucusu, böyük Məhəmməd Əmin Rəsulzadənin doğum gününü qeyd ediblər.
Əməkdaşımızın verdiyi məlumata görə, böyük fikir və siyasət adamının abidəsi önündə keçirilən aksiyaya 1000-dən artıq adam qatılıb. Tədbirdə ölkə siyasətçilərindən ALP lideri Lalə Şövkət, Müsavat başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, “Ümid” partiyasını sədri İqbal Ağazadə, ADP sədri Sərdar Cəlaloğlu, VİP sədri Əli Əliyev, “Müsavat” deputat qrupunun üzvləri Pənah Hüseyn, Arzu Səmədbəyli, İkram İsrafil, həmçinin milli-azadlıq hərəkatının fəalları, Novxanı camaaatının nümayəndələri iştirak ediblər.
Mitinqdə çıxış edən siyasi liderlər ulu öndərin həyat və yaradıcılığı, şanlı mübarizəsi, ədəbi irsi, keşməkeşli həyat yolu barədə dolğun çıxış edib, Rəsulzadənin tarixi xidmətlərindən söz açıblar.
musavat.co
Məlahət Ağacanqızı: QIRX TUMAN GEYİNƏN QANUNLARIN GÖRÜNƏN AYIBI
Məlahət Ağacanqızı
Son vaxtlar SOVETin ölüb gedən qanunlarından çox yazdığıma görə ,Sovet hökumətinin banisi Lenin “baba” tez –tez yuxuma gəlir. Xanımlar yuxuda ərlərini, əzizlərini görür,mən isə yatanda da nifrət etdiyim adamların iyrənc üzlərini görürəm, zülmləri ilə baş-başa qalıram. Yaxşı deyiblər: ”İlanın yarpızdan zəhləsi gedir, o da gəlib yuvası ağzında bitir”. Vladimir İliç Lenin hər gecə yuxuma gəlib, üstümə qışqırır. Mən də qorxudan başlayıram uşaq vaxtı böyük sevgi ilə əzbərlədiyim “Lenin baba” şerini oxumağa .
Açıldı gözəl səhər
İşıqlandı obamız.
AZADLIQ verdi bizə-
LENİN əziz babamız!
Yuxudan “Lenin,Lenin...” qışqırıb oyanıram. Yaxşı ki,uşaqların atası yuxuda “Lenin” sayıqlamalarımı eşitməyib. Yoxsa mənə cəza vermək üçün əlinə yaxşı bəhanə düşər. Yuxudan ayılandan sonra, hirsimi soyutmaq üçün şeri dəyişib belə oxuyuram:
Açıldı qara səhər,
Zülmət oldu obamız.
“Qul olun !”dedi bizə-
Əziz Lenin babamız.
Uşaq vaxtı beynimizi doldurmuşdular ki, Leninin iş-güc əlindən başını qaşımağa vaxtı olmayıb. Bir az böyüdük dedilər ki, Leninin iş-güc əlindən uşaq əkməyə vaxtı olmayıb. Məlum oldu ki, Lenin “baba” , ancaq ağac əkmək üçün iməcliklər keçirdib. Lap çox böyüyəndən sonra dedilər ki, Lenin zəhərli güllədən yox, SPİD xəstəliyindən ölüb. Toxumsuz olduğuna görə uşağı olmayıb. Mən sonuncu versiyanı həqiqətə yaxın sayıram. Niyə? Ona görə ki,toxumsuz hökumətin- toxumsuz lideri olar. Sovet qanunlarının ən iyrənci AİLƏ ilə
bağlı olub.Yəni bir kommunist kişinin arvadı əxlaqsızlıq edirsə, SOVET kişisinin gününü istədiyi rəngdə əskiyə bükürsə - KİŞİ dözməlidir!Və ya KOMMUNİST ərdən, arvadının zəhləsi gedirsə - BOŞANMAQ OLMAZ!
“Əxlaqsızlıq –sevmədiyin adamla bir yastığa baş qoymaqdır”. Bu sözlərin müəllifinin adını bilməsəm də, SOVET müəllifi olmadığına əminəm. Saxta ailələrin, saxta sevgidən doğulan uşaqları - faciəli həyat yaşayıb. Bacımın taleyində baş verən FACİƏnin kökləri Sovet ailə qanunlarından su içib. Zorla KOMMUNİST oğlana ərə verilən bacım -“AİLƏ bütövlüyü” naminə yeganə oğlunu qurban verdi. Kimə dərdini deyirdi, anlayış göstərən yox idi. Hamı tutuquşu kimi eyni sözləri təkrar edirdi: ”Ailəni dağıtma! Döz!”. Və bacım düz
iyirmi dörd il KOMMUNİST ərin zülmünə dözdü. Rəsmi iclaslardan evə dönən ATA ,evə DİKTATOR kimi gəlirdi. Ailədə hökm sürən ağır iclas ab-havası 24 yaşlı pəhləvan kimi bir uşağı “zəhərləyib” yatağa saldı. AZADLIQ havası olmayan evdə - QORXU-HƏYƏCAN məskən salar. Qorxu –həyəcan olan yerdə isə FACİƏlər meydan sulayar. Saxta sovet ailələrində dünyaya gələn uşaqlar böhran içində böyüyüblər.
Öz kefində olan ATA, əxlaqsızlıq yarışmasında ərdən geri qalmaq istəməyən ANA bir-birinə nifrət edə-edə yaşayıblar. Cəmiyyətin gözündə bütöv AİLƏ şəklində görünmək üçün, avara ər-arvad toya –yasa gedəndə cütləşməli idilər . Çünki ƏR vəzifəsini itirə bilərdi,arvad gündə bir paltar geyinib yad kişilərin qabağında əzilib-büzülə bilməzdi.
Əxlaqlı bir qadın , əxlaqsız kommunist ərdən boşansaydı yenə də xoşbəxt ola bilməzdi. Kağız üzərində ayrılsalar da, bir evdə qalmağa məcbur idilər. Qonşumuz ərindən ayrılsa da, əri ona rahatlıq vermirdi. İşə girən qadını birinci iş gününün axşamı öldürmüşdü. Eybəcər qanunlara bəzəkli kağız donları zorla geyindirəndə , kağız donun cırılıb eyibləri çöldə qoymağı da var.
Xarici ölkələrdə ayrılan ər-arvad, təsadüfən rastlaşanda dost kimi öpüşürlər-görüşürlər, daha bir-birinin üzünü,saçını yolmurlar. ANAsının yanında qalan övladını görmək üçün, ATA qapılarda dizin-dizin sürünmür.
Biz GÖZƏL qanunlara kənardan baxmağa vərdiş etmişik. Sanki QANUN əlçatmaz gözəl qadındır. Qadınlı- kişili qəşəng qanunlara ağzımızın suyu axa-axa baxırıq. GÖZƏL nə varsa –qonaqlara göstərmək üçündür. Rəflərə düzülən gözəl qablar , dolablarda olan gözəl paltarlar, kağız üzərində yatan gözəl-gözəl qanunlar QONAQLAR gələndə yada düşür.ŞAİR yaxşı deyib: ”Durum bu dünyaya kənardan baxım - Bu DÜNYA deyilən nə gözəl imiş...”.AY, ULDUZ kimi əlçatmaz olan qanunlar! Siz necə də gözəlsiz, sevimlisiz, vacibsiz...Amma çox heyf –işləmirsiz!
ANA-ATA qanunları yaddan çıxıb, UŞAQ-MUŞAQ qanunları fəaliyyətdədir. Hər güclü DÖVLƏTin güclü qanunları var və onlara əməl olunur. Bizdə isə hər güclü ADAMIN öz güclü qanunları var və hərə öz qanunu ilə yaşayır. Bəs KONSTİTUSİYA kimin üçündür?
Bir dəfə ŞAHın təlxəyinə deyirlər: “ŞAHın qızı əyninə üç tuman geyinir”. Təlxək bir xeyli güldükdən sonra deyir: ”İstəyir qırx tuman geyinsin, altda nə “zəhrimar” olduğunu hamı bilir”.
Qanunların kökündə ZƏHRİMAR varsa, onlara qırx tuman geyindirsələr də “ayıb” olan yerlər görünəcək.
Rusiyanın mənfur maraqları
Artıq Rusiya anti Ukrayna siyasəti ilə dünyada öz nüfuzunu tamamilə xərcləyib qurtardı. Öz inamını sıfıra endirməklə çoxdan gündəmdə olan NABUCCO kəmərinin reallaşmasını gücləndirdi. Rusiya həmişə atdığı qərəzli addımların sonunda özü məğlub olmaqla bərabər ikinci zərbəni də özünə vurur. Gürcüstanda və Ukraynada bu addım bumeranq kimi özünə qayıtdı. Artıq Avropa və dünya dərk etdi ki, nəinki neft, hətta digər strateji layihələrin hər biri Rusiyadan kənar keçməlidir. Deməli Rusiya istənilən layihənin reallaşmasında
və həmin layihələrin sülhün və iqtisadi inkişafın güclənməsində səmimi və maraqlı deyil. Əks halda neftdən qazandığı pulları lazımsız hərbi silah-sursata yox Moskvadan ta Uzaq Şərqə qədər əhalisinin yoxsul yaşayışının bərpasına sərf edərdi. Bu addımıyla Rusiya üçtərəfli bəyannamənin bir daha Ermənistanın maraqları naminə imzaladığını sübut etdi. Həmin bəyannəmə Ermənistanda daxili sabitliyə hesablanmış addım idi. Və Erməminstana Rusiya demək istədi ki, artıq Azərbaycan hərbə əl atmayacağını yazılı sürətdə təsdiq
etdi. Onun arxasınca Ermənistana silah göndərmək və həmin siyahını mətbuata sızdırmaqla Azərbaycanın narahatçılığını öyrənmək istədi və buna da gözlədiyindən tez nail oldu. Dövlət səviyyəsində nato verilməyinə baxmayaraq, Rusiya bundan məmnun olmuş kimi, kollektiv təhlükəsizlik sazişini əsas gətirərək, yenə də ikibaşlı cavab verməklə özünü saymazyana göstərdi. İki gün sonra oxşar siyahını Gürcüstan mətbuatına ötürməklə eyni narahatçılığı yaratmaq istədi. Hər iki dövlətə mesaj verdi ki, Rusiya bu gündə Ermənistanın
arxasındadır və bu siyahının görünməyən tərəfləri də var. Görünür Rusiya, sələfi SSRİ kimi, gəlirini ordusuna sərf etməklə öz işğalçı siyasətini davam etdirəcək. Putin başa düşmək istəmir ki, artıq dünya o dünya deyil. Dünya fırlanmağında davam edir. Bütün çirkin və təcavüzkarlığın altından Putin-Medvedev cütlüyü çıxır. Bununla da Rusiya Azərbaycan və Orta Asiya qazına müştəri durmaq, Avropanın və dünyanın ikinci ən böyük layihəsinin qarşısını almağa çalışır. Eyni siyasəti Neft layihələrinə də tətbiq etdi, amma
alınmadı. Bu da çox güman ki, alınmayacaq. Sadəcə olaraq Qafqazda öz hegemonluğunu saxlamaq, Qafqaz ölkələrinə təzyiq olaraq müqəvva Ermənistandan toxmaq kimi yararlanmağa çalışır. Artıq Ermənistan istər Rusiyanın, istərsə də xaricdə rahat oturan lobillərin siyasətinin nəticəsində bütün iri və Ermənistanın heç vaxt xəyal belə edə bilməyəcəyi gəlirlərdən məhrum edildi. Yoxsa dünyanın arxiv, toz basmış dövlətlərinin siyahısına düşməzdi. Əgər alternativ qaz kəməri çəkilsə, təbii ki, Gürcüstan yenə də bundan faydalanacaq.
O zaman Gürcüstan öz ərazisindən Rusiyanın qaz kəmərinin tranzit kimi istifadə etməsinə etiraz edə bilər. Bu da Ermənistanın qazının kəsilməsinə yaxud da Gürcüstan haqlı olaraq tranzit haqqının dünya qiymətləri səviyyəsinə qaldırılması səbəb olar. Hər iki halda, Ermənistana və Rusiyaya güclü zərbə olacaq. Baxmayaraq ki, İran Ermənistana iqtisadi dəstək baxımından qaz çəkilməsində maraqlı idi. O zaman müttəfiqi Rusiya bu kəmərin daha uzaqlara gedə biləcəyindən ehtiyat edib, buna qarşı çıxdı.
ardı var.
* * *
Qonşu siyasəti: III məqalə
Bu kəmərin çəkilməsi İranın ən vacib maraqlarından biri, Azərbaycana hər tərəfli zərbə vurmaq idi. Birinci zərbə ondan ibarət idi ki, bunula Ermənistanın Qarabağda möhkəmlənməsinə şərait yaratmaqla Azərbaycanın bu problemini dərinləşdirmək və həll olunmaz vəziyyətı gətirməkdi. İkinci variant isə Naxçıvanla Bakının məsafəsini daha da uzatmaq və özündən tam asılı vəziyyətə salmaqdı. Belə ki, əgər Naxçıvanla Bakı arasında nəqliyyat dəhlizi hər hansı razılaşma əsasında (təbii ki, bugünkü reallıqdan uzaqdır?!) bərpa ediləcəyi halda İran özünün Ermənistanla iqtisadi yoluna təhlükə baxımından buna etiraz edə biləcəkdi. Qarabağdakı mövqelərinin üst-üstə düşməsinə baxmayaraq Rusiyanın bu layihəyə qarşı çıxmağını İran sükutla qarşıladı. Baxmayaraq ki, o vaxt Qarabağda Ermənistana dəstək üçün Rusiyanın yerinə yetirdiyi funksiyanı İran öz öhdəsinə götürmüşdü və məharətlə yerinə yetirirdi. İran isə hər vəchlə bu gündə çalışır ki, Qarabağ problemi həll olunmasın. Çünki Şimali Azərbaycanın inkişafı cənubda rezonans doğurur. 1989-cu ildən bu taya ölçüyə gəlməz dərəcədə iran vətəndaşı ancaq yaşamaq üçün gəlib. Əksinə isə, heç bir ailə də tapmaq mümkün deyil. Təbbi ki, bu da İran hakimiyyətini narahat etməyə bilməz. Təsadüfi deyil ki, Hatəminin Ermənistana rəsmi səfəri zamanı erməni jurnalistinin. – “... Siz Şimali Azərbaycanla Cənubi Azərbaycanın birləşdirilməsi ideyasına necə baxırsınız?”- sualına, özünə məxsus fars təəbirincə, emosional şəkildə, - “... bizim elə problemimiz yoxdur. Olsa da Şimali Azərbaycan bizimlə birləşməyə can ata bilər” - kimi çıxılmaz hal mənzərəsi yaratmışdır. Zaman-zaman İranın Rusiya kimi Azərbaycanın düşməni ilə belə sıx münasibət qurması təəccüblü deyil. O zaman Rusiyanın başı Şimali Qafqaz - Çeçenistan müharibəsinə və məğlubiyyətlərinə elə qarışmışdı ki, hətta bu müharibə ərzində neçə müdafiə naziri dəyişdiyini unutmuşdu. SSRİ-nin qənimi Qorbaçovun təbirincə desək, - “Rusiya bu müharibədə psixoloji cəhətdən uduzmuşdur”.
Qonşuluq siyasətində Azərbaycanın bəxti demək olar ki, gətirməyib. Ancaq yaxın qonşu və eyni dili, eyni milləti daşıdığımız Türkiyə ilə tərəfdaşlıq və hər iki dövlətin bir-birinə dəstəyi baxımından əlaqələr güclənməlidir. Bu bütün sahələri, həmçinin hərbi tərəfdaşlıq səviyyəsində olmalıdır. Burnumuzun ucunda, rəsmi Rusiya-Ermənistan dəstəyini, qeyri-rəsmi isə İran-Ermənistan dəstəyini gördüyümüz halda biz niyə hər tərəfli uyğun, münasib və heç vaxt etirazla qarşılanmayacaq Azərbaycan-Türkiyə müttəfiqliyini möhkəmlətməyək?
Bu barədə ətraflı, ayrıca yazı hazırlamaq olar. Bizim digər müttəfiqlərimiz Ukrayna, Gürcüstan və Moldova ilə də əlaqələrimiz indikindən daha sıx və güclü olmalıdır. Çünki bizə düşmən siyasəti aparanlar eyni yerdən vurmağa çalışır. Bizim inkişafımız, avropaya və dünyaya inteqrasiyamız bir-birinə bağlıdır. Bu yolda ancaq dəstək verilməli və iradə göstərilməlidir. Hər sahədə yardım edilməlidir. Xüsusən də siyasi.
Bu ölkələrin problemlərinin kökü siyasi problemlərə dayanır. Artıq aksiomadır ki, Rusiya Avropaya və Ukraynaya siyasi təzyiq kimi qazdan istifadə edir, amma Gürcüstana hərbi müdaxilə edir, amma qazı kəsmir. Gürcüstandan keçən qazdan gürcü xalqı yox əlində oyuncaq və Qafqazda yeganə müttəfiqi olan Ermənistan yararlanır. Gürcüstanın taleyi qazdan asılı olsaydı o zaman təbii ki, Rusiya qaz rıçaqından istifadə edəcəkdi. Bundan məharətlə istifadə edən Gürcüstan Prezidenti, onsuz da tamamilə nəzarətindən çıxmış, Abxaziya
və Osetiya Muxtar Respublikalarının Gürcüstan torpağı olması haqqında dünya ölkələrinin, təşkilatlarının və BMT-nin dilindən yazılı, rəsmi iltizam almış oldu və dünyaya Gürcüstanın belə bir ciddi problemlə üz-üzə olduğunu çatdırdı. Bununla da bütün dünyada Rusiyanın başqa dövlətin ərazisini işğal etmək faktını təsdiqlətdi.
Rəvan Rəşidoğlu
Siyasi ekspert
revan.baghirov@mail.ru


