Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

MƏHKƏMƏDƏ İFADƏ VERƏN POLİS ƏMƏKDAŞLARI EMİNLƏ ADNANDAN BAŞQA XƏSARƏT ALAN KİMSƏ GÖRMƏDİKLƏRİNİ DEDİLƏR

Mirzə Xəzər 29 Sen 2009

no comments

emin-ve-adnan15


Bu gün Səbail Rayon Məhkəməsində gənc fəallar Emin Milli və Adnan Hacızadənin işi üzrə növbəti proses keçirilib.

AN Sosial Şəbəkəsinin və OL Gənclər Hərəkatının fəalları E.Milli və A.Hacızadə “Livan” restoranında iyulun 8-də baş vermiş davaya görə həbs olunublar. Onlar xuliqanlıqda, Babək Hüseynov və Vüsal Məmmədov adlı iki nəfərə az ağır xəsarət yetirməkdə günahlandırılır.

“Media forum” saytının məlumatına görə, prosesdə “Livan” restoranın aşpazı Araz Allahverdiyev ifadə verib. O, A.Hacızadə və E.Milliyə işarə edərək deyib: “Bunları tanımıram. İçəri yarımqaranlıq idi, bəlkə də onlar idi, bəlkə də yox” .

Daha sonra polis əməkdaşı Zahid Daşdəmirov ifadə verib. O, “Livan” restoranına dava olduğunu eşidib hadisə yerinə gedəndə E.Millini ayağı cızılmış, A.Hacızadənin isə burnu qanamış şəkildə gördüyünü bildirib.

Digər polis əməkdaşı Bəşir Bəşərov isə vəkillərin “Niyə məhz bu şəxsləri polis bölməsinə apardız, qalan iki gənci yox” sualına “Bunların xəsarət aldıqlarını gördük, dedik ki, xəsarət alıblarsa, deməli, bunlar dalaşıblar, ona görə apardıq” deyə cavab verib.

Z.Daşdəmirov və B.Bəşərov etiraf eləyiblər ki, restoranda E.Milli və A.Hacızadədən başqa xəsarət alan görməyiblər.

Prosesin sonunda şahidlər – gənclər hərəkatı fəalları Orxan Qafarlı və Pərviz Atayev ifadə veriblər. Məhkəmə oktyabrın 1-də davam etdiriləcək.

«Media forum»

Əvvəlki məqalə: MƏHKƏMƏDƏ İFADƏ VERƏN POLİS ƏMƏKDAŞLARI EMİNLƏ ADNANDAN BAŞQA XƏSARƏT ALAN KİMSƏ GÖRMƏDİKLƏRİNİ DEDİLƏR

Sonrakı məqalə: Məlahət Ağacanqızı: PREZİDENT TƏYYARƏYLƏ UÇSA…

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4610

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin