Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

POLİS MƏHKƏMƏ QARŞISINA TOPLAŞAN GƏNCLƏRİ SAXLADI

Mirzə Xəzər 16 Sen 2009

no comments

meh_1 (1)


Bu gün Səbail Rayon Məhkəməsində AN Sosial Şəbəkəsi və OL Azərbaycan Gənclər Hərəkatı təmsilçiləri Emin Milli ilə Adnan Hacızadənin məhkəməsi başlayıb. E.Milli və A.Hacızadə iyul ayında paytaxtın “Livan” restoranında davaya görə həbs ediliblər. Onlar xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunurlar.

“Media forum” saytı xəbər verir ki, məhkəmənin qarşısına toplaşan bəzi gənclər - Gənclər Klubu İctimai Birliyinin sədri Zaur Əkbər, “Yeni Baxış” İctimai Birliyinin sədri Xalid Frimən, “OL” Azərbaycan Gənclər Hərəkatından Turqut Qəmbər, Rəşadət Axundov, Orxan Cuvarlı və “Dalğa” Gənclər Hərəkatından Elşən Poladlı üzərində “Mən də xuliqanam” yazılmış köynək geyindiklərinə görə saxlanıblar.

Hazırda proses başlayıb. Məhkəmə binası qarşısına xeyli adam toplaşsa da, zala yalnız beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkə səfirliklərinin təmsilçiləri buraxılıb. Jurnalistlərin əksəriyyəti, siyasətçilər və xeyli hüquq müdafiəçisi iclas zalına daxil ola bilməyib.

http://www.mediaforum.az/articles.php?lang=az&page=00&article_id=20090916033217577

Əvvəlki məqalə: POLİS MƏHKƏMƏ QARŞISINA TOPLAŞAN GƏNCLƏRİ SAXLADI

Sonrakı məqalə: salam mirze müellim necesiniz?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4589

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin