ƏN GÖZƏL ARZU-SÖZ UĞRUNDA ÖLMƏK!
Pərviz Cəbrayıl
DİRİNİ ÖLDÜRƏN, ÖLÜNÜ DİRİLDƏN ŞEİRLƏR...
ÖLƏNGİ
Gəl çıx yuxularımdan,
Gəl gir həyatıma, gir.
Hərlən əqrəblərində,
Təzə saatıma gir.
Qəlbinin yarığına
Al ,verim ,bas gözümü.
Gözmuncuğu yerinə
Tikanla, aç gözümü.
Qoy toyumuzu çalsın
qatarların ah səsi.
Gəlini qatar alsın,
Bəyi vağzal gecəsi.
TƏKİ SƏN GƏL...
Döyülməz ki
Döyülməz qapım...
Bilirəm, yollardasan,
Bilirəm yol gəlirsən mənə.
Ürəyimdə eşidirəm
addımlarının səsini,
həvəsini...
Nə çıxar
yolları biləyimə dolayıb
yola gətirsəm,
yuxlatsam belə,
adımı kəmənd kimi
boynuna atsam belə,
axı nə çıxar?
...Bir gün
ümid gözlərimin kipriklərini
bənd eləyib qapımın sükutuna,
qapımın əlinə həsrətinə,
öləcəyəm.
...Eh,
nə qəm,
təki
sən gəl e...
KÖMƏK ELƏ MƏNİ ASAQ...
Bəlkə heç qulu olduğum
Bu yolun tozu deyiləm.
Yandırdığım bu ocağın
alovu, közü deyiləm.
Bizdə dərd danışmaq yasaq,
Özgə dərdi çəkən - sarsaq.
Kömək elə məni asaq,
alnına yazı deyiləm.
Başımdakı üsyan yeli,
könlümdəki sevda seli.
Belə baxma, mən ,ay dəli,
Tanrının gözü deyiləm.
Ayaq altına atıla,
dəyər-dəyməzə satıla,
yoxum yüz fitilə çatıla,
mən yenə razı deyiləm.
***
Ruhumu göylər tovlayıb,
cəsədimi yer aparır.
Alnımdakı yazıları
yuyub-yuyub tər aparır.
Aydan arı , sudan duru,
Ay Günəş, səni qız qarı.
Çırağım ol səni tarı,
getdim, məni gor aparır.
Bu mənin adı mənimdi,
taleyi - baxtı mənimdi.
Mən ölüm, bu Tanrı dəmdi-
Cənnətə də dərd aparır.
Say, göyün yox ulduzların,
saya salma sansızların.
Bax belə...
yüz yerə sarı
səni bir fikir aparır ?..
GÜZGÜ
Yuxuma
bir skelet girmişdi bu gecə
Göm-göy göyərmişdi sümükləri
döyülməkdən.
Baxıb mənə,
özünü saxlaya bilmirdi gülməkdən.
Uğundu,
uğundu,
sonra getdi yuxumdan,
çıxıb getdi.
Nəyisə canımdan çıxarıb
getdi.
Ha zənd elədim
Tanıya bilmədim kimdi...
...Yuxum qaçdı.
Gəzdirdim əlimi bədənimdə:
Yuxuyacankı məndən
sümüksüz-zadsız
bir torba ət qalmışdı...
BİLMƏZ...
Yolların yolun bilmirəm,
Yollar da yolumu bilməz.
Allahın dilin bilmirəm,
Allah da dilimi bilməz.
Bilməz yoruldum ölməkdən,
öldüm, qırıldım ölməkdən.
Qarnım cırıldı gülməkdən,
bu dəli halımı bilməz.
Elə bil özü deyiləm,
Ağzının sözü deyiləm.
Yoxsa ,əzizi deyiləm...
Bilməz, ta beləmi bilməz?
YOL
Lağım atım
dərdin içindən-
huşumdan çıxana kimi.
Lağım atım
ömrün içindən
yaşımdan çıxana kimi.
Lağım atım
canın içindən-
dişimdən çıxana kimi.
Əzabların içindən
atım lağım-
başımdan çıxana kimi.
Lağım atım...
Əvvəlki məqalə: NARDARANLILAR YENİDƏN AKSİYALARA BAŞLAYIR
Sonrakı məqalə: Borclu borclunun sağlığın istər
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4517
