Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Adnan Hacızadə və Emin Milli istintaq tədbirlərində iştirakdan imtina etdilər

Mirzə Xəzər 11 Avq 2009

no comments

emin


Gənclərin azadlığa buraxılması üçün dövlət başçısına müraciət göndərildi


Təxminən bir ay əvvəl xuliqanlıqda ittiham edilərək həbs olunmuş fəal gənclər - Emin Milli və Adnan Hacızadə hüquq-mühafizə orqanlarını (Bakı şəhər Baş Polis Idarəsi, Bakı şəhər prokurorluğu, Daxili Işlər Nazirliyi və Baş Prokurorluq) məhkəməyə verib. Gənclər hesab edir ki, bu qurumlar yaydıqları məlumatlarda məhkəmə hökmü olmadan onların günahkar olduğunu göstərməklə təqsirsizlik prezumpsiyasını pozublar.
Hüquq-mühafizə orqanları o gənclərin kafenin digər müştərilərinə qarşı zor tətbiq etdiklərini deyir. Amma gənclər və onların müdafiəçiləri zorakı insidentin qurama olduğunu və gəncləri ictimai-siyasi fəaliyyətlərinə görə cəzalandırmaq məqsədi daşıdığını deyirlər.


Dünən Səbayel Rayon Məhkəməsində gənclərin şikayətinə baxılıb. Hakim Nurəddin Bağırovun sədrliyilə keçirilən məhkəmə prosesi 15.30-da başlayıb. Prosesi izləmək üçün yerli ictimaiyyət nümayəndələrilə yanaşı, beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin təmsilçiləri də məhkəmənin qarşısına gəlmişdilər. Lakin hakim məhkəmə prosesinin qapalı keçirildiyini elan edib. Bu səbəbdən də prosesi izləməyə gələnlər zala buraxılmayıb.
Gənclərin vəkilləri Elton Quliyev və Isaxan Aşurov məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz ediblər. Buna baxmayaraq, nəticə dəyişməyib - məhkəmə prosesi qapalı keçirilib.


Bir neçə saat çəkən məhkəmə prosesindən sonra hakim qərarı elan edib - gənclərin hüquq-mühafizə orqanlarına qarşı iddiası təmin olunmayıb. Vəkillər Səbayel Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək niyyətindədir.
Adnan Hacızadə və Emin Milli hazırda istintaq təcridxanasında saxlanılır. Gənclərin vəkili Isaxan Aşurov bildirib ki, onlar barələrindəki cinayət işi üzrə istintaq hərəkətlərində iştirakdan imtina ediblər. Vəkilin sözlərinə görə, gənclərin belə bir addım atmasının əsas səbəbi ibtidai istintaq materiallarının saxtalaşdırılmasıdır. Artıq həm Adnan, həm də Emin əmindir ki, onların işi üzrə ibtidai istintaq obyektiv, qərəzsiz aparılmır. Ona görə də etiraz əlaməti olaraq, bu addımı atırlar.
Həbsdə olan fəal gənclərlə bağlı daha bir xəbər var. Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Adnan Hacızadə və Emin Millinin azadlığa buraxılması üçün dövlət başçısına müraciət edib.


Aytən Məmmədova ("Azadlıq" qəzeti, http://azadliq.az/?p=20624)

Əvvəlki məqalə: Avropa Şurasının Azərbaycandakı xüsusi nümayəndəsi xanım Veronika Kotek Novruzəli Məmmədovla və onun ailəsiylə görüşmüşdir

Sonrakı məqalə: NARDARANLILAR YENİDƏN AKSİYALARA BAŞLAYIR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4502

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin