Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Novruzəli Məmmədovun səhhətinin kəskin şəkildə ağırlaşması ilə əlaqədar olaraq Beynəlxalq İctimaiyyətə MURACİƏT

Mirzə Xəzər 31 İyl 2009

no comments

30 iyul 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru

novruzali



Artiq 3-ci gündir ki, N.Məmmədov xəstəxanadadır. Bu gün – 30 iyul 2009-də onunla görüşən ailəsinin və vəkilinin sözlərinə istinadən, xəstəxanaya köcürüldükdən sonra alimin səhhəti daha da ağırlaşmışdir. O, minimal həyat şəraiti belə olmayan (antisanitar, yataq vasitəsiz) ümumi palataya yerləşdirilmişdir. Sərbəst hərəkət edə bilmir, yeyib-içmir, ağrılardan və təngnəfəslikdən əzab çəkir. Hələ də heç bir təcili yardım almamışdır. Ailəsinin – “nə ücun bu dözülməz ağrılarına qarşı ilk tibbi yardım etmirsiniz?” sualına geyri-insani şəkildə - “analizlərinin nəticələrindən sonra həkim müalicəni təyin edəcəkdir” cavabını verirlər.

Ailəsindən ayrılan 68 yaşli agsaqqal alim-jurnalist dəhşətli ağrılarından bükülərək, əlindən tutan köməkcinin vasitəsiylə asta-asta pilləkənlə yuxarı - “palatasına” gedir...


N.Məmmədovun hüquqlarını Müdafiə Komitəsinə bəlli olduğu kimi, dünən – 29 iyul 2009-cu ildə Ombudsman Elmira Süleymanova N. Məmmədova baş çəkmişdir. Xəstəxananın rəhbərliyi ilə görüşüb xəstənin vəziyyəti ilə bağli bəzi məsələləri müzakirə etsə də, onun heç bir tapşırığı yerinə yetirilməmişdir.

Komitə N.Məmmədovun MTN tərəfindən oğulanması və həbsinin ilk günlərindən
(2 fevral 2007-ci ildən) başlayaraq verdiyi byənat və müraciətlərində ona və ailəsinə qarşi göstərilən mənəvi-psixoloji və fiziki təsirlər barədə dəfələrlə məlumatlar yaymışdir.


6 iyun 2007-ci ildə N.Məmmədovun həyat yoldaşı Məryəm Məmmədova beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətində “oğlanları – Kamran və Emil Məmmədovun Milli Təhlükəsizlik Nazirliyinin (MTN) işçiləri tərəfindən zorakılığa məruz qalmaları barədə” məlumatı bildirmişdi /1/. Bu kimi təsirlərə tab gətirməyən Kamran Məmmədov 8 sentyabr 2007-ci ildə 35 yaşında ikən ürək çatışmamazlığından qəflətən vəfat etmişdir /2/. Dəfələrlə döyülmüş /3/ 33 yaşlı ruhi xəstə olan Emil Məmmədov isə 16 iyul 2008-ci ildə polis işçiləri tərəfindən oğurlanmış, 3 ay zindanda saxlanılmış və müəmmalı şəkildə də məhkəməsi keçirdilərək 1 il şərti olaraq azadlıqdan məhrum edilmişdi /4-8/.


Yuxarıda deyilənləri əsas tutaraq, N.Məmmədovun hüquqlarını müdafiə Komitəsi belə hesab edir ki, öz ana - taliş dilinin dünyada yeganə elmi tədqiqatçısı olan alim-lingivist, sayı milyondan artiq olan bir xalqın yeganə mətbu orqanı olan “Tolışi Sədo”-nun təsisçisi və baş redaktoru olan Novruzəli Məmmədova və onun ailəsinə qarşı səngimiyən və onların fiziki məhvinə yönəldilmiş mənəvi-psixoloji təzyiq davam etməkdədir...

Bilavasitə bu səbədən, bir daha bütün beynəlxalq ictimai-siyasi və hüquq-müdafiə təşkilatlarına, “Qırmızı Xaç” və “Sərhəsiz Həkimlərər” cəmiyyətlərinə, alim və jurnalistlərə, insan taleyinə biganə qalmayan hər bir şəxsə müraciət edərək, hamıni İNSANLIGA qarşı yönəldilmiş bu kimi özbaşınalıqlara son qoyulmasında bizə mənəvi dəstək və yardımçı olmağa çağırırıq.

Əvvəlki məqalə: MƏHİN SALEHİ: “BU XALQ ÇƏPİK ÇALMAQ ÖYRƏNİR HƏLƏ...”

Sonrakı məqalə: Salam, Mirze dayi

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4486

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin