Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Novruzəli Məmmədovun vəkilinin beynəlxalq ictimaiyyətə müraciəti

Mirzə Xəzər 27 İyl 2009

no comments

28 iyul 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru

novruzali


Beynəlxalq ictimaiyyətə müraciət
Hörmətli cənablar və xanımlar!
Hüquqlarını müdafiə etdiyim, siyasi məhbus, cənab Novruzəli Məmmədovun həbs edildiyi ilk gündən (3 fevral 2007-ci il) və bu ilin əvvəlindən 15 saylı Cəza Çəkmə Müəssisəsində (bundan sonra CÇM) işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldalan rəftara məruz qalması ilə əlaqədar göstərilən operativ münasibətlərə görə bütün müvafiq təşkilatlat və şəxlərə minnətdarlığımı bildirməklə yanaşı, son günlərdə onun səhhəti ilə əlaqədar yaranmış kritik vəziyyət məni bir daha Sizə müraciət etməyə məcbur etdi.


Bildiyiniz kimi Nizami rayon məhkəməsi 06 mart 2009-cu il tarixli qərarı ilə cənab Novruzəli Məmmədovun müayinə və müalicə olunması üçün 15 saylı CÇM-nin üzərinə vəzifə qoymuşdur. Belə ki, cənab Novruzəli Məmmədov ağır formada yüksək arterial qan təzyiqi və kotaraktadan, aşağı nahiyələrinin şişkinliyindən, zob (qalxanabənzər vəzi), prostat vəzinin iltihabı xəstəliklərindən əziyyət çəksə də müayinə və müalicə olunmadı, onun xəstəlikləri barədə məlumatlar verməkdən imtina edildi.



25 iyul 2009-cu il tarixdə, günün ikinci yarısında ailə üzvlərinin mənə açdıqları telefon zəngindən sonra məlum oldu ki,cənab Novruzəli Məmmədovun səhhəti kəskin şəkildə pisləşdiyindən o, təcili olaraq 15 saylı CÇM-nin səhiyyə şöbəsinə yerləşdirilib. Məlumatı yoxlamaq üçün mən İşgəncələrəı qarşı mübarizə Komitəsinin sədri cənab Elçin Behbudovla bərabər 15 saylı CÇM-də olduq, lakin iş vaxtının qurtarması ilə əlaqədar biz müəssisənin inzibati ərazisinə buraxılmadıq. Ona görə də mən 27 iyul 2009-cu il tarixdə yenidən həmin müəssisədə oldum və Novruzəli Məmmədovla görüşə bildim. Cənab N.Məmmədov yeriyə bilmədiyindən vəkili ilə görüşə həkimin müşayiəti ilə gətirildi və o, oturmaq iqtidarında olmadığından uzanmış vəziyyətdə qısa söhbət etmək məcburiyyətində qaldı. Həkimin verdiyi məlumatlardan aydın oldu ki, Novruzəli Məmmədovun vəziyyəti kritikdir, onu müayinə etmək üçün müəssisəyə nevropotoloq çağırılmış və xəstəxanaya yerləşdirilməsi məsləhət bilinib. Həkim N.Məmmədovun onurğa sütununda problemlərin olmasını bildirdi.


Mənim müşahidə etdiklərim bunlardır:- Cənab N.Məmmədovun sağ qolu və sol ayağı tamam keyiyib, onun hərəkət etmək, oturub-durmaq imkanları çətinləşib, fikirlərini zorla çatdırır, sürətlə arıqlayır, hər iki gözlərinin altı qaralıb, rəngi sapsarıdır, omba və onurğa sütununda olan şiddətli ağrılardan şikayət edir. O, son bir ayda bir neçə dəfə burnundan qan açildiğini, huşunu itirdiyini mənə bildirdi. N.Məmmədov kömək olmadan hərəkət edə bilmir.O dünyanin heç bir ölkəsində insanların milli-etnik mənsubiyyətinə görə adını xəyanət qoymaqla bu cür amansiz təqib olunduğunu, cəzaya məruz qaldığını təsəvvür emədiyini və həyatdan gedəcəyi təqdirdə vəsiyyətini ailə üzvlərinə çatdırmağı xahiş etdi.


Mən N.Məmmədovun hansı xəstəliklərdən əziyyət çəkməsi barədə məlumatlar əldə etmək üçün növbəti dəfə müəssisə rəisinə yazılı müraciət etdim. Yaxın günlərdə mənə cavab veriləcəyi bildirildi. Lakin ölkədə siyasi məhkumlara olan münasibəti nəzərə alaraq mən operativ və dəqiq məlumatlar alacağıma inanmıram .

Hörmətli cənablar və xanımlar! Novruzəli Məmmədovun həyatı ciddi təhlükə qarşısında olduğundan mən Sizə müraciət etməklə səlahiyyətli nümayəndələrin iştirakı ilə verdiyim bu məlumatı yoxlamağınızı, milli-etnik mənsubiyyətinə görə talış olan, talış dilinin tədqiqi ilə məşğul olduğuna görə təqib olunan, siyasi məhbus N.Məmmədovun ağır durumu barədə bütün müvafiq beynəlxalq tşkilatlara - Avropa Şurasına, Avropa Məhkəməsinə, cənab Baş Katibə, siyasi məhbuslar üzrə məruzəçiyə, Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisinə, respublika rəhbərliyinə təxirə salınmadan məlumat verməyinizi və agir xəstə vəziyyətində olan günahsız bir alimin və jurnalistin azad olunmasında əlinizdən gələn qanuni imkanlarınızdan istifadə etməyinizi xahiş edirəm.
Hörmətlə: Vəkil Ramiz Məmmədov.
27 iyul 2009-cu il.

Əvvəlki məqalə: YOUTUBE: DAVAM EDİR 37

Sonrakı məqalə: MƏHİN SALEHİ: “BU XALQ ÇƏPİK ÇALMAQ ÖYRƏNİR HƏLƏ...”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4475

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin