Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Novruzəli Məmmədovun səhhəti daha da ağırlaşmışdır: sağ əli işləmir

Mirzə Xəzər 26 İyl 2009

no comments

25 iyul 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru

novruzali

Novruzəli Məmmədovun hüquqlarının müdafiyə komitəsi olaraq, hədsiz narahatçılıqla Azərbaycan Respublikası CM-nin 274 (“Dövlətə Xəyanət”) maddəsiylə 10 il azadlıqdan məhrum edilmiş Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun səhhətinin gündən-günə ağırlaşması barəsindəki xəbəri ictimaiyyətin nəzərinə çatdırmağa məcburuq.

Əgər bir ay əvvəl onun eyni zamanda 3 cərrahiyyə əməlliyatına - katarakta, qalxanvarı və prostat vəzilərinin əməliyyatına ehtiyacı olduğu, yüksək qan təzyiqindən əziyyət çəkdiyi bildirilirdisə, bu gün səhhətində daha ağır bir xəstəlik – yayılmış osteoxondroz, güclü ağrı və hərəkət məhdudluğu ilə ifadə olunmuş sağ mil sinirinin nevriti aşkara çıxmışdır.


Məlum olduğu kimi, hələ o vaxtlar – bir ay əvvəl, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan N.Məmmədovla və müəssisə rəhbəriylə İşgəncələrə qarşı mübarizə komitəsinin sədri Elçin Behbudovun görüşündən sonra məhkumun koloniyanın tibb məntəqəsində yerləşdiriləcəyi barədə KİV-də məlumatlar yayılmışdır. Amma hələ də bu vəd yerinə yetirilməmişdir.


Bu günlərdə Novruzəli Məmmədovla növbəti görüşünü keçirdən vəkili Ramiz Məmmədovun, həyat yoldaşı Məryəm Məmmədovanın və oğlu Emil Məmmədovun sözlərinə əsasən, “onun sağ əli işləmir, əvvəlki xəstəlikləri isə kəskin dərəcədə ağırlaşmışdır”.


N.Məmmədovun hüquqlarının müdafiyə komitəsi olaraq, yaranmış vəziyyətlə bağlı hədsiz narahat olduğumuzu bildirir, respublikanın və dünyanın müvafiq ictimai-siyasi və hüquq müdafiyə təşkilatlarını və şəxsləri haqsız olaraq mühakimə edilmiş 68 yaşlı ağır xəstə bir alimin və jurnalistin azad olunmasında mənəvi dəstək və koməkçi olmağa çağırırıq.

Əvvəlki məqalə: "Mirzə Xəzərin Səsi" internet qəzetini bu ölkələrdə oxuyurlar

Sonrakı məqalə: QULU AĞSƏS ŞÖZÜ İLƏ ALLAHA TƏRƏF GEDƏN SEHRLİ YOL...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4471

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin