Hikmət Hacızadə "Yeni Musavat"ın fərziyyəsi barədə: "Ölkə dəlixanadır"
foto: mediaforum
“Yeni Müsavat” qəzetinin iyulun 14-də işıq üzü görən sayında gənc fəallar Adnan Hacızadə və Emin Millinin həbs olunmasının səbəbləri ilə bağlı yazı dərc edilib. Yazıda bildirilir ki, ABŞ Azərbaycanda inqilab yolu ilə iqtidar dəyişikliyi etməyə hazırlaşırmış, həmin dəyişiklik planında gənclərdən də istifadə olunması nəzərdə tutulubmuş və hakimiyyət bundan xəbərdar olduğu üçün E.Milli ilə A.Hacızadənin həbsinə qərar verilib.
A.Hacızadənin atası, tanınmış politoloq Hikmət Hacızadə “Yeni Müsavat”da dərc olunan bu materialı qəzəblə qarşılayıb. “Media forum” saytına açıqlamasında o, qəzetin yazdıqlarının doğru olmadığını deyib: “Bu, qəzetin tirajını artırmaq üçün atılan iftiradır”.
H.Hacızadə qəzəbini qəzet rəhbərliyinə də çatdırdığını söyləyib: “Amma nə faydası var ki? Ölkə dəlixanadır. Qəzetin tirajını artırmaq üçün iftira atırlar, yalan yazırlar”.
Politoloq qəzet rəhbərliyinin mövqeyinin nə olduğu barədə suala belə cavab verib: “Nə deyəcəklər? Mən etirazımı bildirdim, dəstəyi qoydum. Nə deyəsidilər ki?”
«Media forum»
Əvvəlki məqalə: DÖVLƏT TƏRƏFİNDƏN BƏXTİ BAĞLANAN , MƏĞLUB QARIYAN MİLLƏT...
Sonrakı məqalə: Məlahət Ağacanqızı: SONU BİLİNMƏYƏN “GÖRÜŞ-ÖPÜŞ VƏ SÜRÜŞ” OYUNLARI
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4415
