Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Heydər Əliyevin 40 ili Azərbaycana nə verib?

Mirzə Xəzər 14 İyl 2009

no comments

heydar_aliyev

 

 

 

 

 

 

 

 

 

 

«Ələ baxımçılıq və qorxaqlıq»


«Onun hakimiyyət dövründə Azərbaycanın yaşadığı çətinliklər, mərhumiyyətlər unudulmayıb»

 

 

«Bir milyon ton pambıq istehsal edən ölkədə bir metr ağ parça tapılmırdı ki, camaat ölüsünü basdırsın»

 

 

 

Hakimi partiya növbəti bayramını, Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40-cı ildönümünü qeyd edir. 1969-cı ildən başlayan Heydər Əliyev hakimiyyəti Azərbaycan tarixində unudulmaz izləyir qoyub. Lakin bunlar YAP təmsilçilərinin dediyi kimi müsbət yox, mənfi izlərdi.
Sovet Azərbaycanı tarixində ən ağır dönəmlərindən olan 1969-1983-ci illər hələ yaddan çıxmamış, on il sonra, 1993-ci ildə yeni tariximizin acı səhifəsi açıldı. 1969-2003-ci illərdə Azərbaycanın üzləşdiyi və birbaşa Heydər Əliyevin adı ilə bağlı acınacaqları uzun-uzadı sadalamaq olar. Ancaq istər o zaman, istərsə də son illər baş verənlər yaddaşlardan silinməyib, hələ uzun müddət də silinməyəcək. Bu səbəbdən də Heydər Əliyevin 40 ildə Azərbaycana verdiyi, bəlkə də aldıqları ilə bağlı siyasilərin fikirləri ilə tanış olduq.

 

 

 


Nurəddin Məmmədli: “Heydər Əliyev dövrü qıtlıq və səfalətlə yadda qalıb”
AXCP sədrinin müavini Nürəddin Məmmədli Sovet hakimiyyəti dövründə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərin çətinliklər və mərhumiyyətlərlə yadda qaldığını dedi: “Sovet dövründə rayon və respublika rəhbərliyi öz xalqına nəyisə verə bilməzdi. Bu rejim direktivlərə əsasən idarə olunurdu. Direktivlər də Moskvadan gəlirdi və bir qayda olaraq kommunist ideologiyasına uyğun tələblər qoyurdu. Amma bununla belə hər dövrün öz spesifik xüsusiyyətləri, hər insanın rəhbərliyindən doğan müəyyən nəticələr var. Təəssüflər olsun ki, bütün dünyanın kommunist rejimləri öz keçmişlərini gizlətdiyi halda Azərbaycanda süni sürətdə ajiotac yaradıb, sanki bu xalqın o rejimdən aldığı yaralarının qaysağını təzədən qaşıyıb qan çıxarırlar. Kommunist rejimi dünyanın ən mənfur, siniflər və sinfi mübarizə qanunları əsasında qurulmuş bir rejim idi. Əsas ideoloji prinsipi ateizm idi. Allahı və qardaşlığı, dostluğu danan bir rejim idi. O rejimdə hər hansı bir müsbət cəhət axtarmağın özü də bir qəbahətdir. Heydər Əliyevin hakimiyyət dövründə Azərbaycanın yaşadığı çətinlikləri, mərhumiyyətləri də biz unutmamışıq. O vaxtı milyon ton pambıq istehsal edən Azərbaycanda camaat hətta ölüsünü basdırmağa bir parça ağ tapmırdı”.

 

 

 

N.Məmmədlinin sözlərinə görə, Heydər Əliyev dövrü qıtlıq və səfalətlə yadda qalıb: “Qıtlıq, səfalət idi. Ölkədə bol olan yeganə şey keçici bayraqlar idi. Ildə bir neçə dəfə bayraq alırdıq. Bu isə xalqın güzaranında ifadə olunmurdu. Ona görə də bu gün aciotaj yaratmaq, 40 illik bayramlarını keçirmək bu xalqın keçmişinə hörmətsizliyin ifadəsidir. Bununla bu xalqda müsbət assosiasiya, bu rejimə hörmət yaratmaq qeyri-mümkündür”.

 

 

 

Əvəz Temirxan: “Heydər Əliyev Azərbaycana yalnız rəzillik, saxtakarlığa sitayiş psixologiyası gətirib”

 

 


ALP sədrinin əvəzi Əvəz Temirxanın sözlərinə görə isə Heydər Əliyev Azərbaycana yalnız rəzillik, saxtakarlığa sitayiş psixologiyası gətirib: “Bu hakimiyyət Azərbaycana ”mənim daxmam qıraqdadır” psixologiyasın verib. Ələ baxımçılıq, qorxaqlıq verib. Azərbaycana rəzillik, rüşvətə, soyqunculuğa, oğurluğa, talançılığa, riyakarlığa, saxtaraklığa sitayiş psixologiyasın gətirib. Əliyev hakimiyyəti Azərbaycana yaxşı heç nə gətirməyib. Tamamilə heç nə - mənfiliklərdən başqa”.

 

 


Fizzə Heydərli "Azadlıq" qəzeti http://azadliq.az/?p=16293

Əvvəlki məqalə: Eluca Atalının "Milli monoloq" kitabı çapdan çıxıb

Sonrakı məqalə: MƏN ŞEİRLƏRİNİ SEVMİŞƏM SƏNDƏN XƏBƏRSİZ…

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4423

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin