Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Eluca Atalının "Milli monoloq" kitabı çapdan çıxıb

Mirzə Xəzər 14 İyl 2009

no comments

MilliMonolog1

"Milli monoloq" kitabında müəllifin o taylı – bu taylı Azərbaycanın milli dərdləri və insan haqları ilə bağlı müxtəlif illərdə yazdığı hekayə, esse, povest janrında bədii əsərləri toplanmışdır. Kitabı hamının oxumasını arzu edən müəllif, uşaqların və gənclərin oxumasını vacib bilir. Bununla da o istəyir ki, uşaqlar və yeniyetmələr Azərbaycanımızın düşdüyü fəlakətlərdən çıxış yolunu axtarıb – tapmaqda fəal olsunlar. Həm də o istəyir ki, Bütöv Azərbaycanın yaranmasının bu gün onların necə düşünüb, necə yaşamalarından asılı olduğunu unutmasınlar.


Kitabın təqdimat mərasimi Bakıda keçirilib.

MilliMonolog2


"Asif Ata" Ocağından və orda toplanan insanların əsas ideyalarından danışan Düzgün Atalı bildirdi ki, E.Atalı həmin Ocağın yetirmələrindən biridir:" Eluca xanım Asif Ata ideyalarına söykənən bir neçə kitabın müəllifdir".

"E.Atalının yaradıcılığında bir çox məqamlar var ki, bu məqamlar insanı özünə tanıdır" deyən publisist, şair Telman Dəcəlli bildirdi ki, yaradıcılıqda özününkü olmaq böyüklükdür:"
O, qeyd etdi ki, E.Atalını yaradıcılığı ona görə qiymətlidir ki, onu əsərləri insanın içərisindəki inamı özünə qaytarır və yaşamağa stimul verir.


Nəhayət, ikiillik fasilədən sonra E. Atalı ilə görüşmək nəsibləri oldu deyən görkəmli ədəbiyyatçı Oqtay Rza bildirdi ki, E.Atalı Vətəndən uzağa- İsveçə gedəndə ona hədiyyə etdiyi bir mətni bu gündə saxlayır:" O mətni oxuduqda Eluca xanımın bəşəriyyətin ziyalısı olduğunu gördüm:- "100 istedadlı adamın 99-da mənəviyyat zəif ola bilər. Əsas odur ki, insan mənəvi cəhətdən saf,zəngin olsun"-deyir E.Atalı.

Təqdimat mərasimində müəllifə ünvanlanmış""Milli monoloq"" kitabının təqdimatı İsveçdə yox, Azərbaycanda baş tutdu" sualını müəlif belə cavablandırdı:" çox maraqlı bir məqama toxundunuz. Təqdimatı keçirilən "Milli Monoloq" kitabını isveçlinin qarşısına bu tərtibatda çıxarmaq olmaz. Kitabın üz qabığında sifətində bütün hiss üzvləri əllərlə bağlanmış bir insan başı təsvir edilib. Yəni, bu deməkdir ki, insanı bütünlüklə əl-qolunu bağlayıb qəfəsə salsan belə o, öz fikrini nəfəsi ilə də olsa çatdıracaq. Elə bu səbəbdən də bu kitab o auditoriya üçün deyil. Eyni zamanda kitab da yer almış əsərlərdə qan, ölüm, dərd və çətinliklər var. İsveçli bunu qəbul etməz. Onlar bayramı, şadlığı çox sevirlər.Çünki bu gün isveçli bizim yaşadığımız problemi yaşamır və onlar buna hazır deyil. Bu kitab yalnız Azərbaycan oxucusü üçündür".

Xatırladaq ki, müasir yazıçılardan fərqli, özünəməxsus üslubu ilə seçilən, yaradıcılığının qayəsində insanlıq meyarını həmişə əsas götürən Eluca Atalı (Mədinə İftixar qızı Hüseynova) 1966-cı ildə Nefçala rayonunun Xolqaraqaşlı kəndində doğlulub. BDU_nun kitabxanaçılıq-bibilioqrafiya fakültəsini bitirib. Esse, fəlsəfi-bədii miniatür, hekayə, mənsur şeir, povest janrında yazdığı bədii nümunələri əsasında bir neçə kitabı "Adamdan üstün", "Atillanın açıq pəncərəsi","Qum üstündə sərçələr" və başqa bir sıra kitabların müəllifidir.Eyni zamanda onun əsərləri respublikamızda və bir sıra xarici mətbuatda müntəzəm çap edilir, şərq və avropa dillərinə tərcümə olunub. Hazırda yaradıcılıq fəaliyyətini davam etdirir.


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: SONU BİLİNMƏYƏN “GÖRÜŞ-ÖPÜŞ VƏ SÜRÜŞ” OYUNLARI

Sonrakı məqalə: Heydər Əliyevin 40 ili Azərbaycana nə verib?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4419

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin