Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

QAZ BOLLUĞUNDAN BAŞI AĞRIYAN MİLLƏT VƏ YA QAZLI HEYKƏLLƏR DİYARI

Mirzə Xəzər 11 İyl 2009

no comments

Фото015

Hüseyn Əfəndi

 

 

 

 

 

 

 

 

 

 

 

MƏRHUM HÜSEYN ƏFƏNDİNİN “DOMİNO” KİTABINDAN “PRORAB” HEKAYƏSİ

 

 

 

 

 


PRORAB
(hekayə)

 

 


Dünyanın ən sakit yeri bizim ölkəmizdir-bunu sizə mən deyirəm, deyirəm və türkün sözü,dalında da dururam.Nədən ki ,torpağımızdan nöyüt və qaz çıxır… Bütün bunların səbəbkarı bu şeylərdir ki,onlar çıxmayan yerdən qan çıxar. Hələ uşaq vaxtı eşitmişdim,yaşlılar deyirdi ki,axır filankəsin qazı çıxdı,rahat oldu.Danışıqdan belə məlum olurdu ki,əgər o filankəsin , Allah eləməmiş,qazı çıxmasaydı,axırda kəndimizin lap kökünü kəsərdilər. Qaz,əsasən,öz-özünə havalanmır. Nadir hallarda belə şeylər də olur. Bir də görürsən,yer ayrıldı və fontan…

 

 

 

Ötən ilin payızında Bakı şəhərində bir bədheybət heykəl qoymağa hazırlaşırdılar,elə çalasını qazıb postament üçün beton tökmək istəyəndə fəhlələrdən birinin qulağı gizildədi.Necə gizildədisə,kirli əllərini qulağına apardı.Prorab arif adamdı,ya da bir dəfə bundan əqdəm başına gəlmişdi-yüyürüb özünü telefona yetirdi və başladı üzü yuxarılara tərəf qışqırmağa:
-Heykəlın altından qaz gəlir,neyləyək?
Ordan nə göstəriş verdilərsə,pürfərək trubkanı atıb çalanın başına qayıtdı:
-Tez buraları tərk eləyin!

 

 


Fəhlələrin çaladan çıxmağıynan nöyütqarışıq qazın göyə bülənd olmağı bir oldu.Olən olmadı,amma Məmmədrza kontuziya aldı.Bədbəxt hələ də yeriyəndə ayağının altına baxır ki,birdən yenə…

 

 


Amma Məmmədrza səhv eləyir, Bakı qazlı şəhər olsa da, ta o boyda yox… O Bakının qazı döyüldü,heykəlin qazıydı, vaxtından tez üzə çıxmışdı ki, sonra millətin başı ağrımasın. Başı ağrıyan millətə istəyirsən gündə əlli heykəl qoy, Qədiməli demiş, vac eləməz, gedib heykəl axtarmayacaq, aptekin ünvanını soruşacaq. Ya da Məmmədrza kimi hərdən çaşıb gedib dayanacaq “Azad qadın”ın qənşərində və gözünü yumub ağzını açacaq:
-Bacı,analqinin var?
Görəcək ki,bacıdan səs gəlmir,kantujusu tutacaq:
-Sənə diploma verib bura qoyanın…

 

 

 

 

Əvvəlki məqalə: QARABAĞ AZADLIQ TƏŞKİLATI: “QARABAĞ ƏLDƏN GEDİR”

Sonrakı məqalə: “SUSMANIN XƏYANƏTƏ BƏRABƏR OLDUĞU AN GƏLDİ...”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4404

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin