Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

QARABAĞ AZADLIQ TƏŞKİLATI: “QARABAĞ ƏLDƏN GEDİR”

Mirzə Xəzər 11 İyl 2009

no comments

shusha

 

 

 

 

 

 

 

 

Qarabağ Azadlıq Təşkilatı iyulun 11-də bəyanat yayaraq Minsk qrupuna həmsədrlik edən ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinə dair son açıqlamasına münasibət bildirib.

 

 

 


İyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentləri “böyük səkkizlər”in İtaliyanın Akvil şəhərində keçirilən toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatla çıxış ediblər. Prezidentlər Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi həmsədrlərə Azərbaycan və Ermənistan prezidentlərinə baza prinsiplərinə dair son təkliflərin əks olunduğu, 2007-ci il noyabrın 29-da açıqlanmış Madrid təklifləri üzrə yeni versiyanı təqdim etməyi tapşırıblar: “Biz Azərbaycan və Ermənistan prezidentlərini qalan fikir ayrılıqlarını aradan qaldırmağa və hərtərəfli sülh planının əsasını təşkil edəcək baza prinsiplərinin razılaşdırılmasını başa çatdırmağa çağırırıq”.

 

 

 

QAT-ın bəyanatında prezidentlərin açıqlaması Azərbaycan dövlətinə qarşı qəsd kimi qiymətləndirilir: “Üç xristian dövləti işğalçı Ermənistanı açıq şəkildə dəstəkləyir, işğalçı dövlətin bütün iddialarının yerinə yetirilməsinə yardım göstərir və Azərbaycanı təslimçi sülhə məcbur etməyə çalışırlar. Onların təklif etdikləri variant Dağlıq Qarabağdakı qondarma rejimə müvəqqəti statusun verilməsi, yekun statusla bağlı referendumun keçirilməsinə şərait yaradılması, Dağlıq Qarabağdakı qondarma rejimi qorumaq üçün beynəlxalq sülhməramlıların regiona yerləşdirilməsindən ibarətdir. Həmsədr ölkələrin təklif etdikləri bu variant Ermənistanın işğal hərəkətlərinə bəraət qazandırılmasına, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yönəlib”.

 

 


Qarabağ Azadlıq Təşkilatı hesab edir ki, təklif olunan variant Azərbaycanın maraqlarına qətiyyən cavab vermir, ona görə də hakimiyyət dərhal danışıqlardan imtina etməlidir: “Həmsədr ölkələr bu variantı verməklə obyektivlikdən və ədalət prinsiplərindən çox uzaq olduqlarını nümayiş etdirdilər. Azərbaycan hakimiyyətinin bu danışıqları davam etdirməsi, hansısa formada bu varianta razılıq verməsi milli maraqlara xəyanətdir. Azərbaycanın bütün siyasi və ictimai qurumları bir araya gəlməli, antimilli xəttin həyata keçirilməsinə, Dağlıq Qarabağın həmişəlik itirilməsinə yol verməməlidir. Vəziyyət həddindən artıq təhlükəlidir! Qarabağ əldən gedir! Ayağa qalx Azərbaycan kişisi!”

 

 


«Media forum»


Əvvəlki məqalə: ABŞ səfirliyi bu gün gənc fəallar Emin Milli və Adnan Hacızadənın həbsi ilə bağlı bəyanatla çıxış edib

Sonrakı məqalə: QAZ BOLLUĞUNDAN BAŞI AĞRIYAN MİLLƏT VƏ YA QAZLI HEYKƏLLƏR DİYARI

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4406

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin