Emin Milli və Adnan Hacızadə haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilmişdir
“Media forum” saytı xəbər verir ki, iyulun 10-u axşam saatlarında Səbail Rayon Məhkəməsi AN Gənclər Şəbəkəsinin təsisçisi Emin Milli və OL Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə barəsində iki ay müddətinə həbs-qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib.
Qərarı hakim Rauf Əhmədov çıxarıb. Proses qapalı keçirilib. Gənclərin məsləkdaşları, yaxın qohumları, jurnalistlər, hüquq müdafiəçiləri, ATƏT təmsilçiləri, ABŞ, Böyük Britaniya və Almaniyanın Bakıdakı səfirliklərinin nümayəndələri məhkəmə zalına buraxılmayıblar.
«Media forum»
Əvvəlki məqalə: Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Emin Milli və Adnan Hacızadənin tutulması ilə bağlı izahat verib
Sonrakı məqalə: Azərbaycan rəhbərlərinə rüşvət verilməsi işi ilə bağlı məhkəmə Frederik Burkun təqsirkar olduğuna dair qərar çıxardıb
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4402

