Azərbaycan rəhbərlərinə rüşvət verilməsi işi ilə bağlı məhkəmə Frederik Burkun təqsirkar olduğuna dair qərar çıxardıb
Viktor Kojeni
1998-ci ildə Viktor Kojeninin özəlləşmə prosesinə qoşulub Azərbaycan rəhbərlərinə rüşvət verərək dövlət neft şirkətini ələ keçirtmək üçün yaratdığı investorlar qrupunun üzvü, amerikalı biznesmen Frederik Burkun işi üzrə məhkəmə prosesi iyulun 10-da dövlət ittihamçısının qələbəsi ilə nəticələnib. Məhkəmə Frederik Burku 1998-ci ildə Azərbaycan rəhbərlərinə rüşvət verilməsinə yönələn sövdələşmədə iştirak etməkdə təqsirli bilib. Frederik Burk, Omega Advisors Inc. və American International Group Bahamada yaşayan Viktor
Kojeninin təşəbbüsü ilə yaradılan investorlar qrupunun üzvləri olub. Qrupun tanınmış üzvlərindən biri, keçmiş senator və hal-hazırda prezident Obamanın Yaxın Şərq üzrə xüsusi elçisi Corc Mitçel məhkəmədə verdiyi ifadəsində Viktor Kojeninin Azərbaycan rəhbərlərinə rüşvət vermək planından xəbərsiz olduğunu bildirib və Frederik Burku müdafiə edib. Viktor Kojeni Bakıda rüşvət verdiyini inkar etmir. Viktor Kojenini məhkəməyə gətirmək mümkün olmayıb. Məhkəmədə dindirilən digər şahidlər milyonlarla dollar nağd pulun
çamadanlarda təyyarə ilə Bakıya daşındığını ətraflı şəkildə təsvir ediblər.
David Glovin "Bloomberg" portalında çıxan yazısında Nyu Yorkun Menhetten federal dairə məhkəməsinin qərarını Amerika ədliyyə orqanlarının qələbəsi adlandırır. Onun sözlərinəı görə, xarici ölkələrdə hökumət nümayəndələrinə rüşvət verilməsini qadağan edən qanun qəbul ediləndən bəri ilk dəfədir məhkəmə belə sərt qərar çıxardır. Frederik Burk özü rüşvət verdiyi üçün deyil, Viktor Kojeninin Azərbaycan rəhbərlərinə rüşvət vermək planından xəbəri olduğu üçün məhkum olunub. Frederik Burkun neçə il azadlıqdan məhrum olunduğu hələ müəyyən edilməyib. O, hazırda 10 milyon dollar zəmanətlə azadlıqdadır. Kojeni qrupunun Azərbaycanda təxminən 350 milyon dollar pul xərcləyib aldığı özəlləşmə çekləri, Azərbaycan hökuməti dövlət neft şirkətini özəlləşdirmək niyyətində olmadığını rəsmən bildirəndən sonra kağız parçasına çevrildi.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Technorati Tags: Azerbaijan, viktor koyeny, viktor kojeni, frederik burk
Əvvəlki məqalə: Emin Milli və Adnan Hacızadə haqqında iki aylıq həbs-qətimkan tədbiri seçilmişdir
Sonrakı məqalə: ABŞ səfirliyi bu gün gənc fəallar Emin Milli və Adnan Hacızadənın həbsi ilə bağlı bəyanatla çıxış edib
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4403
