Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Türkiyə mətbuatı narahatdır: Rusların Telman İsmaylova qəzəbi soyumaq bilmir

Mirzə Xəzər 01 İyl 2009

no comments

Mardan Palace oteli


"Anadolu Ajansı" Çerkizov bazarının Telman İsmaylovun əsas gəlir mənbəyi olduğunu qeyd edərək, bazarın gələcəyi ilə əlaqədar qərarın burada Türkiyədən gətirdikləri mallarını satan türk ticarətçiləri tərəfindən əndişə ilə gözləndiyini qeyd edir. Agentlik Antalyada 1,4 milyad dollar sərmayə ilə "Mardan Palace" otelini tikdirən Telman İsmaylova qarşı kampaniyanın səbəblərini şərh edərkən, rus mətbuatının təxminlərinə əsaslanaraq yazır ki, Çerkizov bazarı iki həmyerli - Telman İsmaylov və Zərəh İliyev tərəfindən idarə olunur və hazırki vəziyyət də bu iki şəxs arasında ədavətdən qidalanır. Telman İsmaylovun arxasında Moskva meri Yuri Lujkovun dayandığını yazan agentlik, Zərəh İliyevin arxasının daha güclü olduğunu və hətta baş nazir Putini də əhatə etdiyini qeyd edir.


("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalə: Dağ yəhudilərinin Telman İsmayılova qarşı gedən kampaniyaya münasibəti: Telman İsmayılov bazarda tapılan qaçaq mal üçün cavabdeh deyil

Sonrakı məqalə: QADIN-TANRI SİRRİ. ŞEİR YAZAN QADIN-CAVABINI TANRININ DA BİLMƏDİYİ SİRLİ TAPMACA

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4362

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin