Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

QADIN-TANRI SİRRİ. ŞEİR YAZAN QADIN-CAVABINI TANRININ DA BİLMƏDİYİ SİRLİ TAPMACA

Mirzə Xəzər 01 İyl 2009

7 comments

136

Cavidan

 

 

 

 

 

 

 

 

 

CAVİDANIN
SEVGİ,SEHR,SİRR DOLU ŞEİRLƏRİ…

 

 

 

SİRRİNİ BİLDİYİN QADIN...

 

 

 

ən kiçik sirrini bildiyin qadın
ən böyük nifrəti edəcək sənə

ən gözəl
sevgi sözləri
pıçıldayacaq
sığınıb da köksünə…
aldanma…
sirrini bildiyin qadın
sənin deyil…

 

 

 

YERLƏ GÖYÜN ARASINDA…

 

 


Nolar
çiçəkləri üzməyin,
onlar
balaca uşaq əlləridir
göylərə açılıb...

 

 

 

Nolar
uşaqları əzməyin,
onlar
xırdaca yaz çiçəkləridir
yerlərə səpilib...

 

 

 

Nolar
ürəkləri üzməyin,
sevgiləri əzməyin,
onlar
uşaq əllərində
tər çiçəklər kimidir
yerlə
göyün
arasında...

 

 


ÖZÜNÜQORUMA İNSTİNKTİ…

 

 


Sevilməyən qadınlar
kökələr
yekələr
dağ boyda olar
dağ boyda dərdini yeyir axı hər gün

dərd
yaman kalorilidir, bilirsiz...

 

 

 



özünü
sevgisiz kişidən
qorumaq instinkti
böyüdər onu
nəhəng
Div anası boyda edər.

 

 

 

ÖLÜM DOĞULANDA…

 

 

 

Çətiri olmayan uşaqlar
buludlarla dil taparlar,
yağışlara qarışacaq
göz yaşları.

 

 

 


Sevmədən ərə gedən qızlar
qandan başqa
bir şey verəmməzlər ərlərinə


və o qan
bir ömür boyu
laxtalanıb qalar ürəklərində.

 

 

 

İstəmədən hamilə olanlar
ölüm gəzdirər bətnində
hər ölüm doğulanda
ağlayacaq Tanrı
göz yaşları
süzüləcək buludlardan
çətiri olmayan
uşaqların başına...

 

 

 

 

 

 

GÖRƏK NOLUR...

 

 

 


Bir adını yüz dedilər,
Qalmadı o söz, dedilər,
Ürəyinə köz ələyib
Sənə elə “ Döz! dedilər...
Döz, ey xalqım...
Görək nolur...

 

 

 


Tarixə bir çön ümidlə,
Qüdrətinə dön ümidlə,
Qolundakı son zənciri
Uyutduğun son ümidlə
Üz, ey bağlım...
Görək nolur...

 

 



Sən ümmanda dağmı gəzdin?
Min dağınla sağmı gəzdin?
Sən özündə haqq görməyib
Yad əllərdə haqqmı gəzdin?
Gəz, ey haqlım...
Görək nolur...

 

 

 


* *

 

 

 

RƏSM DƏRSİ…

 

 

 

Çək,
öncə bu kahanın divarlarına
pəncərələr çək...
birində günəş,
birində ay, ulduzlar,
birində ağac budağı
və baharın ilk günü olsun...

 

 

 

sonra
boyun bərabərində
çiyinlər çək
başını qoymaq üçün

 

 

 

 

sonra
barmaqların qədər
şırımlar...
təkrar-təkrar,
dönə-dönə
saymaq üçün...
illərini,
günlərini,
anlarını
onca barmaq şırımında
sayıb bitir...

 

 

 

Sonda isə
bu zindanın
ən qaranlıq tərəfində
ən sonuncu
şedevrini yarat

 

 

 

açıq qapı çək orda...

ilk əsərin -
bu qaranlıq kahadan
qurtul
və get
üfüqlərdən
təzə boya almaq üçün...

 

 

 


* *

 

 

 

QÜRBƏT…

 

 

 


Sevdiklərin arasında
sevilə bilmədinsə,

sevə bilmədinsə
səni yalnız özlərinə
bənzədərək sevənləri...

 

 

 

demək doğulduğun yer də
sənə qürbətdir elə...
belədən elə...
elədən belə...

 

 

 

GƏLƏN DƏFƏ YAÇAMAQÇIN…

 

 

 

sol əlimin içində
ömür xətti
qırıq-qırıq,
haça-haça...

 

 

 


baş xəttinin sonundasa
ulduz yanır
tam
Saturn barmağının altındaca...

 

 

 

budur,
bu da ürək xətti-
iki yerə bölünmüş,
iki eşqin
biri Yerin,
biri isə Göyünmüş...

 

 


ah...
çeçələ barmağımı
büküncə də
bir dərin

iki zərif xətt görünür-
bir oğulun,
iki qızın işarəsi...

 

 


əl forması- fəlsəfi,
baş barmağım-
iradə və qürur rəmzi...

boşla görək zarafatı,
xürafatı,
Xiromant!..

 

 

mən
alnımda açılacaq
qırışları gözləyirəm-
o xətlərə
yeni tale yazacağam
gələn dəfə
yaşamaqçın...

Əvvəlki məqalə: Türkiyə mətbuatı narahatdır: Rusların Telman İsmaylova qəzəbi soyumaq bilmir

Sonrakı məqalə: ÇÖRƏYİ DAŞDAN ÇIXSA DA, DAŞÜRƏKLƏRİN, DAŞLAŞAN QEYRƏTLƏRİN, VİCDANLARIN TOZUNA DA DÜŞMƏYƏN ŞAİR

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4363

Şərhlər

(Cavab formasına keç)

  1. Novarg 1052 gün bundan əvvəl dedi

    Tebrik edirem…

  2. Novarg 1052 gün bundan əvvəl dedi

    Ne ise, fikrimi cemleyib bir de deyirem -)) Tebrik edirem…

  3. Chilgin 1052 gün bundan əvvəl dedi

    Uğurlar Rya! Təbrik edirəm!

  4. AmonRa 1052 gün bundan əvvəl dedi

    Hamı kimi mən də təbrik edirəm və sevincinə şərik oluram.. Uğurlar !...

  5. Məlahət 1052 gün bundan əvvəl dedi

    Gözəl şeir gözəl qadın kimidir.Gözəlliyi sözlə şərh etmək mümkün deyil…Ancaq zövq alırsan…

  6. Məsiağa Məhəmmədi 1051 gün bundan əvvəl dedi

    Bu 3 “S” ilə dolu şeirləri yaradana eşq olsun, yayana da təşəkkür!

  7. AyDAN 1044 gün bundan əvvəl dedi

    Bir de deyirem, yaxin illerde, Cenubdan dogan Cavidan Guneshinin edebiyyatimizi nece ishiqlandiracagini gorurem ve buna eminem!

Fikrinizi bildirin