Dağ yəhudilərinin Telman İsmayılova qarşı gedən kampaniyaya münasibəti: Telman İsmayılov bazarda tapılan qaçaq mal üçün cavabdeh deyil
foto: "Vatan" qəzeti
"AST" şirkətlər qrupunun sahibi, dağ yəhudisi Telman İsmayılova qarşı Rusiyada başlanan kampaniya Moskvanın dağ yəhudiləri icmasını narahat edir. Bu sözlər, dağ yhəhudilərinin ən iri internet portalı olan "gorskie.ru"da dərc edilmiş şərhdə qeyd olunur. Yakov İlyaquyev öz şərhində Telman İsmaylovun təmiz adını ləkələməyə yönələn təşəbbüsləri qınayır və yazır ki, Telman İsmaylov Çerkizov bazarında aşkar edilmiş qaçaq mal üçün cavabdeh sayıla bilməz. Bu malların məsuliyyəti gömrük xidmətinin və malların sahiblərinin boynuna düşür. Bununla yanaşı, müəllif hər bir biznesmenin qazandığı pulları istədiyi ölkədə sərmayə qoymağa və ya istədiyi kimi xərcləməyə haqqı olduğunu qeyd edir. Şərhinə yekun vuran İlyaquyev "İsmayılov işi"nin antisemitizm "işi" olmadığına inandığını yazır və təxmin edir ki, bu əməllər, Rusiyanı bürüyən böhranın mülkiyyətin yenidən bölüşdürülməsinə təkan verdiyini göstərir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Məlahət Ağacanqızı: DOSTLARA BALTANI KÖKÜNDƏN VURANLAR...
Sonrakı məqalə: Türkiyə mətbuatı narahatdır: Rusların Telman İsmaylova qəzəbi soyumaq bilmir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4361
