Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

ABŞ Dövlət Departamenti: "Gəlirin artması narkotiklərdən istifadənin çoxalmasına gətirib çıxara bilər”

Mirzə Xəzər 28 İyn 2009

no comments

azerbaijan_sm00

2009-06-27 - 17:01:00

ABŞ Dövlət Departamenti narkotik maddələrdən sui-istifadəyə və onların qanunsuz dövriyyəsinə qarşı beynəlxalq mübarizə günü - iyunun 26-da 2008-ci il üçün “Beynəlxalq narkotiklərə nəzarət strategiyası” adlı hesabat yayıb. Hesabatda Azərbaycana da yer verilib. Hökumətin rəsmi qiymətləndirmələrinə əsaslanan məlumatda ölkədə narkomanların sayının 18-20 min nəfərə çatdığı deyilir: “Qeyri-rəsmi məlumatlara görə, onların sayı 180-200 min nəfərdir və əksəriyyəti heroindən istifadə edir”.


Məruzə müəlliflərinin fikrincə, Azərbaycanda narkomanların 30-35 faizi tələləbələrdir: “Heroin istifadəçilərinin əksəriyyəti iri şəhərlərdə və Lənkəran rayonunda (64,6 faiz) cəmlənib. Gənc qadınlar arasında narkotiklərdən istifadə artır. Azərbaycanda hər 7-ci cinayət narkotiklərlə bağlıdır. Hesabat dövrü ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər 6,7, narkotiklərin satışı ilə bağlı cinayətlər 11,4 faiz artıb”.


“Turan”ın məlumatına görə, Dövlət Departamenti qeyd edir ki, korrupsiya Azərbaycanda ciddi problem olaraq qalmaqdadır, bütün cəmiyyətə nüfuz edərək narkoticarəti stimullatşdırır: “Digər tərəfdən, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işindən dövlət gəlirlərinin həcminin artması böyük nağd vəsait axınına gətirib çıxarıb. Gəlirin artması narkotiklərdən istifadənin çoxalmasına gətirib çıxara bilər”.

"Media Forum"

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: PREZİDENT OLMAQ ASANDIR, İNSAN OLMAQ ÇOX ÇƏTİN!

Sonrakı məqalə: Eynulla Fətullayevin azadlığa buraxılması tələbi ilə Londonda Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4352

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin