Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Aleksandr Bastrıkin: Telman İsmayılova aid Çerkizov bazarı bağlanacaq, qanunsuz tikililər dağıdılacaq

Mirzə Xəzər 24 İyn 2009

no comments

bas

Aleksandr Bastrıkin - vesti.ru

 


"Bu "ilan yuvası"nı bağlamaq lazımdır. Moskvanın mərkəzində yerləşmiş bu iyrənc yeri birdəfəlik yox etmək lazımdır və biz bu işi sona çatdıracağıq." Bu sözlər Rusiya Federasiyası prokurorluğunun istintaq komitəsinin sədri Aleksandr Bastrıkinə aiddir. Çerkizov bazarını "dövlət içində dövlət" adlandıran Bastrıkin bazarın bağlanması üçün bütün hüquq mühafizə orqanlarının müstəntiqlərindən ibarət xüsusi qərargahın yaradıldığını bildirib. Lenta.ru portalının məlumatına görə, Bastrıkin Telman İsmayılovun "AST" şirkətlər qrupuna aid olan Çerkizovo bazarındakı 2 min ədəd anbar-konteynerlərdə dəyəri 2 milyard dollar olan qaçaq malların sahiblərinin hələ də tapılmadığını qeyd edərək, bununla əlaqədar cinayət işinin açəldığını sözünə əlavə etmişdir.

 

Telman İsmayılov Türkiyənin "Vatan" qəzetinin müxbiri ilə müsahibəsində Rusiyada qazandığı pulla Antalyada otel tikdirdiyi üçün ona qarşı Rusiya mətbuatında irəli sürülən tənqidlərə cavab verərək demişdir: "Pulu mən qazanmışam və hara xərcləyəcəyimə də mən özüm qərar verirəm. Kimə verəcəyimi özüm bilirəm. Burada sərmayə qoymağım Rusiyada bir-iki nəfərin xoşuna gəlmədi." Telman İsmaylov Çerkizovdakı malların ona aid olmadığını bildirib.

 

("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalə: ABŞ Konqresinin alt komitəsi Barak Obamanın təklifini rədd etdi, 907-ci düzəliş qüvvədə qaldı

Sonrakı məqalə: Mirzə Müəllim, salam!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4347

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin