ABŞ Konqresinin alt komitəsi Barak Obamanın təklifini rədd etdi, 907-ci düzəliş qüvvədə qaldı
ABŞ Konqresinin xarici ayırmalar üzrə alt komitəsi “Azadlığa kömək Aktı”nın Azərbaycana tətbiq olunan 907-ci düzəlişi qüvvədə saxlayıb. Lent.az-ın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Amerika Erməni Milli Assambleyasından bildiriblər.
Panarmenian.net erməni portalının məlumatına görə, Kongress 907-ci düzəlişi qüvvədə saxlamaqla kifayətlənməyib, üstəlik sənədin dilini daha da sərtləşdirmişdir. Belə ki, məlumata əsasən, sənəd qüvvə tətbiqi ilə hədə qorxulardan və yaxud qızışdırıcı çağırışlardan çəkinməyi tövsiyə edir.
Qərar 2010-cu il üçün nəzərdə tutulan xarici köməyin həcminin müzakirəsi zamanı qəbul edilib. Alt komitə müzakirələr nəticəsində Ermənistana 48 milyon dollar, Dağlıq Qarabağa isə 10 milyon dollar yardım ayrılmasını bəyənib. Assambleyadan bildiriblər ki, Barak Obamanın Ermənistana iqtisadi köməyin 38 faiz azaldılması, iki ölkəyə hərbi yardım zaman paritetin Azərbaycanın xeyrinə dəyişməsi ilə bağlı təklifi geri qaytarılıb.
Əvvəlki məqalə: Iran inqilabının simvolu güllələndi. Nidanın səsini kəsdilər
Sonrakı məqalə: Aleksandr Bastrıkin: Telman İsmayılova aid Çerkizov bazarı bağlanacaq, qanunsuz tikililər dağıdılacaq
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4346
