Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Novruzəli Məmmədovun səhhəti kəskin surətdə ağırlaşmışdır

Mirzə Xəzər 22 İyn 2009

no comments

novruzeli_memmedov


Bu gün, 22 iyun 2009-cu il tarixində, Azərbaycan Respublikası CM-nin 274 (“Dövlətə Xəyanət”) maddəsiylə 10 il azadlıqdan məhrum edilmiş Talış Mədəniyyət Mərkəzinin rəhbəri, “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun ailəsi – həyat yoldaşı Məryəm Məmmədova və oğlu Emil Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində onunla görüşmüşlər.
Ailə üzvlərinin məlumatlarına əsasən, N. Məmmədovun səhhəti kəskin surətdə ağırlaşmışdır.
Onun eyni zamanda 3 cərrahiyyə əməlliyatına - katarakta, qalxanvarı və prostat vəzilərinin əməliyyatına ehtiyacı olduğu, yüksək qan təzyiqindən əziyyət çəkdiyi və təyin edilmiş preparatları müntəzəm olaraq qəbul etdiyi bildirilir. Demək olar ki, onun səhhəti kritik vəziyyətdədir.
N.Məmmədovun hüquqlarının müdafiyə komitəsi olaraq yaranmış vəziyyətlə bağlı hədsiz narahat olduğumuzu bildirir və haminı haqsız olaraq mühakimə edilmiş 68 yaşlı alimin azad olunmasında mənəvi dəstək və koməkçi olmağa çağırırıq.

22 iyun 2009-cu il., Baki şəhəri.
Azərbaycan CM-nin 274-ci (“Dövlətə Xəyanət”) maddəsiylə mühakimə edilmiş “Tolışi Sədo” (“Talışın Səsi”) qəzetinin baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiyə Komitəsi
Sədr: Hilal Məmmədov
tel.:050-559-40-63, 012-423-21-22
e-mail: hilalmamedov@yandex.ru


Əvvəlki məqalə: AST şirkətlər qrupunun sahibi Telman İsmaylov Türkiyədədir

Sonrakı məqalə: İran parlamentinin deputatları Şimon Peresin Bakıya nəzərdə tutulan səfərinə etiraz edirlər

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4342

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin