Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

AST şirkətlər qrupunun sahibi Telman İsmaylov Türkiyədədir

Mirzə Xəzər 22 İyn 2009

no comments

telman6

foto: hurriyet.com.tr

 

Türkiyə mətbuatında çıxan xəbərlərə görə, Antalyada möhtəşəm "Mardan Palace" otelini inşa etdiyi üçün Rusiyanın baş naziri Vladimir Putinin qəzəbinə gələn AST şirkətlər qrupunun sahibi Telman İsmaylov Türkiyədədir. Telman İsmaylov iyunun 21-də İstanbulda Turkas Petrol və Petkim şirkətinin idarə heyətinin üzvü Batu Aksoyla Alkoçlar otellərinin sahibi Ender Alkoçların qızı Nəslişah Alkoçların "Conrad" otelində keçirilən toyunda iştirak edib. Qəzetlərin məlumatına əsasən, Telman İsmaylov toya cangüdənləri ilə gəlib. "Hürriyet" qəzetində dərc edilən şəkildə baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Telman İsmaylovu müşaiyət etdiyi görünür.

 

 

 

("Mirzə Xəzərin Səsi" qəzeti)

Technorati Tags: , , , ,

Əvvəlki məqalə: Iran inqilabının simvolu -16 yaşlı Nida güllələndi

Sonrakı məqalə: Novruzəli Məmmədovun səhhəti kəskin surətdə ağırlaşmışdır

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4339

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin