Türkiyə mətbuatı: Dövləti mafiya kimi idarə edən Putin Telman İsmayılovdan Mardan Palace otelinin qisasını alır
foto: gorskie.ru
“AST” şirkətləri qrupunun prezidenti Telman İsmayılova qarşı baş nazir Vladimir Putinin sərəncamı ilə Rusiyada başlanan kampaniya Türkiyə mətbuatının diqqət mərkəzindədir. Mustafa Özcan “Milli Gazete”də çıxan şərhində Vladimir Putinin Telman İsmayılovun Antalyada tikdirdiyi möhtəşəm otelin təmtəraqlı açılışından cin atına mindiyini qeyd edir. Özcanın fikrincə, Vladimir Putinin avtokratik idarə üsulunu
kəskin tənqid edərək yazır ki, Telman İsmayılovun Antalyaya sərmayə qoyub dünyaca məşhur sənətkarları açılış mərasiminə çağırması Putini son dərəcə qəzəbləndirmişdir. Telman İsmayılovun Moskvadakı iş yerlərinə basqın təşkil edən Putin sanki “Rusiyada qazandıqlarını Türkiyədə xərcləyirsən” mesajını vermək istəmişdir. Mustafa Özcan şərhinə yekun vurub yazır: “Göründüyü kimi, Putin, dövləti mafiya kimi idarə edir və ölkədə tamamən qoçuluq anlayışı hakimdir”.
Türkiyənin tanınmış şərhçisi Nazlı Ilıcak isə "Sabah" qəzetində çıxan yazısında Antalya bələdiyyə sədrinin Telman İsmaylova aid “Mardan Palace” otelinin inşası ilə əlaqədar araşdırmaya başlamaq qərarını tənqid edir. Nazlı Ilıcakın fikrincə, otelin inşaatı zamanı ilkin layihəyə zidd məqamlar ola bilər. Lakin, müəllifin fikrincə, Telman İsmayılovun belə böyük sərmayəni məhz Antalyada yerləşdirməsi və otelin uğurla tikilib istifadəyə verilməsi “hamımızı sevindirməlidir”.
(“Mirzə Xəzərin Səsi” qəzeti)
Əvvəlki məqalə: Azərbaycan-İran sərhədində atışma olub, bir əsgər və bir neçə mülki şəxsin öldüyü bildirilir
Sonrakı məqalə: Məlahət Ağacanqızı: QOLLARI SAMANDAN OLAN, GÖZ YAŞINI SİLƏ BİLMƏYƏN XALQ
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4334
