Azərbaycan-İran sərhədində atışma olub, bir əsgər və bir neçə mülki şəxsin öldüyü bildirilir
foto: APA
19 İyun 2009
Azərbaycanın Cəlilabad rayonunda İran İslam Respublikası ilə sərhəddə silahlı insident baş verib. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Azərbaycan sərhədçilərinə müqavimət göstərən sərhəd pozucuları ilə əsgərlər arasında silahlı atışma olub. Atışma nəticəsində bir əsgərin həlak olduğu bildirilir. Silahlı insident zamanı bir neçə mülki şəxsin da öldüyü barədə məlumat var.
Samux rayon İcra Hakimiyyətindən APA-ya bildirilib ki, Azərbaycan-İran sərhədində baş vermiş atışma nəticəsində həlak olan Sərhəd Dəstəsinin əsgəri torpağa tapşırılıb.
Məlumata görə, hadisə zamanı həlak olan 1990-cı il təvəllüdlü əsgər İskəndərov Elton Xaləddin oğlu bu gün doğulduğu Samux rayonu, Əhmədbəyli kəndində dəfn edilib. Onun dəfnində rayon rəhbərliyi və Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak edib.
Elton İskəndərov 2008-ci ilin oktyabrında Samux rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
Qeyd edək ki, məlumatı rəsmi dairələrdən dəqiqləşdirmək hələlik mümkün olmayıb.
Əvvəlki məqalə: Vəkil Pavel Astaxov: Telman İsmaylov Rusiyada deyil
Sonrakı məqalə: Türkiyə mətbuatı: Dövləti mafiya kimi idarə edən Putin Telman İsmayılovdan Mardan Palace otelinin qisasını alır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4333
