Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyən şəxslər aşağı endiriliblər

Mirzə Xəzər 16 İyn 2009

no comments

atmaq

 

 

 

 

 

 

 

 


Bakıda “Təzə bazar” adlanan pərakəndə ticarət mərkəzinin yaxınlığındakı yeni tikilən binanın 7-ci mərtəbəsindən özünü ataraq, intihar edəcəyini bildirən 30-a yaxın Göyçay sakini aşağı endirilib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu, hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının səyi nəticəsində mümkün olub. Həmin şəxslərlə danışıqlar aparılıb, onların Nəsimi rayon Polis İdarəsinə aparılaraq, şikayətlərinin araşdırılacağı bildirilib.

Qeyd edək ki, etiraz edən şəxslər Göyçay rayonunda olan iş adamı Çingiz Mayılovun ailə üzvləri və yaxınlarıdır. Onlar Ç. Mayılovun həbsdən azad edilməsini və onlara qarşı polis təzyiqinə son qoyulmasını tələb edirlər.

Xatırladaq ki, həmin şəxslər bu gün saat 14.00 radələrində “Təzə bazar” adlanan pərakəndə ticarət mərkəzinin yaxınlığındakı yeni tikilən binanın 7-ci mərtəbəsinə çıxaraq, intihar edəcəklərini bildiriblər. Onların arasında azyaşlı uşaqlar və qadınlar da olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, xilasedicililər, nazirliyin mətbuat xidmətinin rəhbəri Tural Müseyibov, polis əməkdaşları gəliblər.

 

 

Bakı. Hafiz Heydərov - APA.

Əvvəlki məqalə: Çerkizov bazarı bağlanacaqmı? Şübhə edənlər çoxdur

Sonrakı məqalə: Bakıda kütləvi intihar cəhdi! Azərbaycan paytaxtında 30-a qədər şəxs çoxmərtəbəli binadan özünü atmaq istəyir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4328

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin