Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Türk mətbuatı: "Rusiyanın Telman İsmayılova qarşı savaşı böyüyür"

Mirzə Xəzər 15 İyn 2009

no comments

 

telman putin

foto: Dünya Bülteni

Türkiyə mətbuatı iddia edir ki, Telman İsmayılovun müavini və əməkdaşları da Kremlin hədəfindədir. Eyni mənbənin məlumatına görə, Telman ismayılovun sahibi olduğu Çerkizov bazarına qarşı başlanan cinayət işinin Azərbaycan respublikasının baş nazirinin keçmiş birinci müavini və "ACT" şirkətlər qrupunun vitse-prezidenti Abbas Abbasova da təsir edəcəyini iddia edirlər. Çerkizov bazarı ilə əlaqədar indiyədək Rusiya dövlət bədən tərbiyəsi institutunun keçmiş rektoru Oleq Matitsinin cinayət məsuliyyətinə cəlb olunduğunu Rusiya mətbuatı bir neçə gün bundan qabaq bildirmişdi.

 

Moskva şəhər dumasının təhlükəsizlik məsələləri üzrə sədrinin müavini Sergey Qonçarov Telman İsmaylova qarşı görülən tədbirlərrə təəccüblənmədiyini bildirərək qeyd etmişdir ki, Telman İsmayılov ilişib və onun şərikləri də onunla birlikdə ilişiblər. Qonçarov demişdir: "Yaxın zamanlarda onun bütün ortaqları onun özü kimi ittihamla üzləşəcəklər. qarşı yaxın günlərdə ciddi ittihamlar irəli sürüləcəkdir."

 


("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalə: Rusiya prokurorluğu: " Çerkizov bazarını məhv etmək lazımdır"

Sonrakı məqalə: Salam, Mirzə müəllim!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4322

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin