Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: FUTBOLA QURBAN İNƏKLƏR, FUTBOL NƏ VAXT İMƏKLƏR?!

Mirzə Xəzər 12 İyn 2009

2 comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

 

Rədd olsun ZİDANlar!
Yaşasın ZİNDANlar!

 

 

 

Hər köşə yazısından böyük zövq aldığım , istedadlı jurnalist Zamin Hacının yazdıqlarını oxuya-oxuya, bəhs edilən hadisələrin içində QƏHRƏMAN olmaq istəyirsən. Zamin bəy “Zindanımız mübarək” köşə yazısında yeni zindanı elə qəşəng təsvir edib ki, sanki söhbət lüks oteldən gedir. Oteldə, lənət şeytana, zindanda kef etmək üçün istədim ətəyimə daş yığıb, xoşuma gəlməyən adamların başını vurub yarım .Elə təzəcə daşları ətəyimə yığmışdım ki, futbolla bağlı köşə yazısını oxuyandan sonra fikrimdən döndüm. Futbola getmək eşqinə düşdüm.


Qadın olmağıma baxmayaraq, adət-ənənəmizə zidd olsa da , mən futbol azarkeşiyəm. Amma nə qədər əcnəbi futbolçulara baxıb zövq almaq olar?! Meydanda 90 dəqiqə o baş, bu başa qaçan futbolçuları görəndə, ekran qabağında oturan MİLLİ tamaşaçının qanı coşmur, eləcə qıdığı gəlir.

 

 

 

 

İnternetdə məşhur futbolçu Bekhemin arvadının ərini yataqda yendiyini oxudum. Bizim bəzi “qabiliyyətli” kişilər də, yazının altından öz adlarına uyğun şərhlər yazıb, Bekhemlə məzələniblər: ”Biz Bekhemə, arvadını yenməkdə kömək edə bilərik...”. Əlbəttə, bizim milli kişilər yataqdakı qələbələri ilə öyünəndə futbol oynaya bilməzlər. Əgər onlar Bekhemə futbol meydanında kömək etməyi düşünsəydilər, onda futbolumuzun inkişafına ümid etmək olardı. Kişilərimiz o qədər millidirlər ki, bir topun arxasınca qaçmağı özləri üçün əskiklik sayırlar. Kişi də topu qapıdan keçirmək üçün arxasınca qaçar?! Bəs ,mentalitet necə olsun? Ayıbdır! Kişi, qadın-qız arxasınca nəfəsi kəsilincə qaçanda, oğul əkəndə, xoruz döyüşdürəndə, it boğuşduranda ,quş uçurdanda ... əsl MİLLİ kişidir.

 

 

 


Yeri gəlmişkən, Viktoriya bacı, qədirbilməz, özündənrazı qadın olduğunu ağzından çıxan çiy sözlərdən anlamaq oalr. Yazıq Bekhem ,futbol meydanında elə coşqu ilə qaçır ki, yatağa girəndə leş düşür. Yarıölünü yenməyə nə var!

 

 

 

 

Azərbaycan futbolçuları meydanda heç olmasa bir damcı Bekhem kimi tər töküb, enerji itirsələr, arvadları onları qucağında gəzdirib, layla da oxuyar. Necə ki, DÖVLƏT onları qucağına alıb, oxşayıb, əzizləyir: ”Futbola qurban dayçalar, Azarkeş nə vaxt əl çalar?! Futbola qurban inəklər, Futbol nə vaxt iməklər?!...”.

 

 

 

 

Ürəyigeniş DÖVLƏTimiz təkcə futbola dəxli olmayan müftəxorları əzizləmir ki. Ədəbiyyata, elmə, sənətə... xidməti, məhəbbəti olmayanları da öpüb əzizləyir, himayə edir. Yüksək maaş, ev, maşın almaq üçün yaltaqlanmaq artıq dəb deyil. Eləcə susmaq yetər! Bəziləri arada dözməyib danışmaq istəyəndə, mükafat verən Saxtababaya tez bildirilir. O da sehrli torbasından bahalı hədiyyələri “ CONGRATULATİONS !” oxuya-oxuya paylayır.


Fateh Terimin barmağı katerin kəndirinə ilişib, kəsilib dənizin dibinə düşmüşdü. Türklər o dəqiqə kəsik barmağı tapmaq üçün dənizin dibinə cumdular. Barmağı tapıb, yerinə qəşəngcə tikdilər. Biz isə peşəkar, istedadlı futbolçuları, məşqçiləri diri-diri ,əlini-ayağını bağlayıb dənizin dibinə, boş qalan neft quyularına atıb, xaricdən od qiymətinə məşqçi, futbolçu alırıq. Günün yanıltmacı: ”Dəyərli barmağa dəyər verməyi bacarmayan millətin dəyərli başları kəsilər,dəyərli bədənləri çürüyər”.

 

 

 

Bizdə nəinki futbol, hər şey inkişafdan dayanıb.

 

 

 

Qabaq müəllimlər aşağı siniflərə dərs demək üçün can atırdılarsa,indi yuxarı siniflərə dərs demək üçün rüşvət verilir. Niyə? Ona görə ki, əvvəllər sinifdə bir anormal şagird olurdusa, indi bir-iki normal şagird tapmaq mümkündür. Aşağı siniflərdə oxuyan uşaqların əksəriyyəti solaxay, çəpgöz, axsaq, əsəbidir. Maraqlıdır, niyə yeni doğulan körpələrdə qüsurlar həddən artıq çoxdur? Yeni, qüsurlu nəsil ilə biz hara gedirik? Pul qopartmaq üçün normal hamiləlik keçirdən qadını aldadıb, ona müalicə yazan həkimlər bolluğunda, normal uşaq dünyaya gətirmək mümkün deyil. Hamı nəsə qopartmaq xəstəliyinə düçar olubsa, əlbəttə şikəstlərin sayı artacaq.

 

 

 


Övladlarımız futbol oynamaq üçün bir damcı boş yer tapa bilmirlərsə, hansı futbol kefindən, uğurundan danışmaq olar? Bizim evin qabağında hələlik bir damcı boş yer qalıb. Məhəllənin uşaqları hər dəfə ora futbol oynamağa yığışanda ,bizim ailə də bağçaya düşən topu uşaqlara vermək üçün növbə çəkir. Bəzən ,top pəncərə şüşələrini, mənim sevimli güllərimi qırıb yerə tökür. Bəzən isə düz xörək qazanının içinə düşür. Ona görə də futbolumuzdan BOZBAŞ iyi gəlir, ürəyimiz bulandığına görə uğurlarına qırıq gülləri də layiq görmək olmur.


Lüks ZİNDANlar olan yerdə idmanı hansı axmaq sevər?!

 


Hamı yeni zindanda kef etmək üçün qara-qara fikirlərə düşər.

 

 


Rədd olsun ZİDANlar!
Yaşasın ZİNDANlar!

 

Əvvəlki məqalə: Əhməd Davudoğlu: “Ankara və İrəvan arasında soyuq müharibə başa çatıb”

Sonrakı məqalə: Boris Berezovski: "Telman İsmayılovu Rusiyada böyük təhlükə gözləyir"

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4313

Şərhlər

(Cavab formasına keç)

  1. Yaziadamı 974 gün bundan əvvəl dedi

    Bu yazarın köşələrini oxumaq artıq ayrıca zövq verməyə başlaıyr.

    Uğurlar Məlahət xanım!

  2. Yaziadamı 974 gün bundan əvvəl dedi

    Bu yazarın köşələrini oxumaq artıq ayrıca zövq verməyə başlaıyr.

    Uğurlar Məlahət xanım!

Fikrinizi bildirin