Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Abbas Abbasov: “Telman İsmayılov sağ-salamatdır və işlərini adi qaydada davam etdirir"

Mirzə Xəzər 11 İyn 2009

no comments

Telman Ismayilov ve Abbas Abbasov

Foto: APA

APA: “AST”-nin vitse-prezidenti Abbas Abbasov Telman İsmayılov və şirkət haqqında yayılmış məlumatlara münasibət bildirib


11 İyun 2009 16:28


“Telman İsmayılov sağ-salamatdır və işlərini adi qaydada davam etdirir. Onun qardaşının həbs olunması, eləcə də digər ailə üzvlərinə təzyiqlər edilməsi barədə məlumatlar uydurmadır və həqiqətə uyğun deyil”.

Bu sözləri APA-nın Moskva müxbirinə eksklüziv açıqlamasında Azərbaycan baş nazirin sabiq 1-ci müavini, İşgüzar Birlik Fondunun prezidenti, “AST” Şirkətlər Qrupunun vitse-prezidenti Abbas Abbasov Şirkətlər Qrupunun prezidenti Telman İsmayılova qarşı Rusiyada təzyiqlərin başlanması və qardaşının həbs olunması barədə yayılmış məlumatlara münasibət bildirərkən deyib. Bu cür məlumatların təxribat xarakterli olduğunu qeyd edən A. Abbasov kimlərinsə sensasiya xatirinə buna əl atdığını vurğulayıb: “Sensasiya axtaranlar, ilk növbədə, məlumatın dəqiqliyini yoxlamalı, məlumatı yalnız onun həqiqiliyinə əmin olduqdan sonra yaymalı, yaxud hansısa nəticələr çıxarmalıdırlar. Mən şayiələr əsasında yaranan və yanlış təxəyyülün nəticəsi olan bu cür əsassız məlumatları qətiyyətlə təkzib edirəm. Bir daha bildirirəm ki, Telman İsmayılov və ailə üzvləri hər hansı təzyiqə məruz qalmayıblar, adi qaydada işləri ilə məşğuldurlar”.

Qeyd edək ki, son vaxtlar “AST” Şirkətlər Qrupunun prezidenti Telman İsmayılova qarşı Rusiyada təzyiqlərə başlandığı, bu günlərdə isə qardaşının saxlandığı barədə məlumatlar yayılıb.

Moskva. R. Mətləboğlu - APA

Əvvəlki məqalə: Ali Məhkəmə Novruzəli Məmmədovun vəkilinin Milli Təhlükəsizlik Nazirliyinə qarşı iddiasını təmin etməmişdir

Sonrakı məqalə: Əhməd Davudoğlu: “Ankara və İrəvan arasında soyuq müharibə başa çatıb”

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4312

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin