Telman İsmayılov Çerkizov bazarında tutulan qaçaq mallarla heç bir əlaqəsi olmadığını bildirir
"Газета.ру" portalının yaydığı xəbərə əsasən, "AST" şirkətlər qrupunun prezidenti Telman İsmayılov Çerkizov bazarı ərazisində hüquq mühafizə orqanlarının həbs etdiyi qaçaq mallar üçün məsuliyyət daşımadığını vəkili vasitəsilə bəyan edib. Mayın 23-də Antalyada dəbdəbəli "Mardan palace" otelinin təmtəraqlı açılış mərasimini keçirdəndən sonra Rusiya mətbuatında tənqid olunan Telman İsmaylov "AST" qrupunu quranlardan biri olduğunu
etiraf etdiyini, lakin Çerkizov bazarının struqturunda məsul vəzifələrdə çalışmadığını və bazara rəhbərlik etmədiyini və bu səbəbdən bazarın anbarları, eləcə də həbs olunan mallar üçün məsuliyyət dağımadığını qeyd edib. İsmayılovun vəkili pavel Astaxovun sözlərinə görə, həbs olunan mallar bazarda anbar sahələri kirayə götürən və bir sıra ölkənin vətəndaşları olan 10 mindən çox hüquqi və fiziki şəxsə aiddir.
"İnterfax" agentliyi xəbə verir ki, Telman İsmaylovun Türkiyə vətəndaşlığı almaq niyyətində olduğuna dair məlumatları nə təsdiq, nə də təkzib edən Pavel Astaxov əlavə edib ki, Telman İsmaylov dövlət qulluqçusu deyil və Rusiya qanunlarına görə ona ikinci vətəndaşlığı almaq qadağan olunmur. Buna baxmayaraq, vəkilin sözlərinə görə, Telman İsmayılov Rusiya vətəndaşlığından imtina etmək niyyətində deyildir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Türk mətbuatı: "Vladimir Putin Telman İsmayılova müharibə elan edib"
Sonrakı məqalə: Hörmətli Mirzə dayi
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4308
