Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Hörmətli Mirzə dayi

Mirzə Xəzər 10 İyn 2009

no comments


Hörmətli Mirzə dayi, sizin daimi oxuçunuz olaraq sizə səmimi salamimi göndərirəm.

Baxmayaraq ki,mən adi vətəndaşam. Hər vaxt məni bir sual düşündürür.Neçə etməliyəm ki,həm Dövlətimə,həm də xalqima xidmət etmiş olum ?


Vətinimizin paytaxti Bakı şəhərində yaşadıgım ücün rayonlardaki vətəndaşlara nisbətən ölkəmizdə gedən proseslərdən daha tez xəbər tuturam. Bəzi hadisələrin nəinki seyrcisi hətta şahidinə cevrilirəm.


Hal hazırda Baki şəhərində gözəl və yaraşiqli hündür binalar tikilir.İqtisadi böhranla əlaqadar olaraq bu binalarin coxunda tikinti işləri yarimciq qalib,baxmayaraq bu binalardaki evlərin coxu vətəndaşlara satilib.Əfsuslar olsun pulunu ödəmiş vətəndaşlarin coxu tikinti şirkətlərinin günahi uçbatindan öz şəxsi evinə köcüb yaşiya bilmir.Yeni binaya köcmüş vətəndaşlar isə komunal şərait olmadigi ücün olmazin əziyətini cəkir.Belə olan halda yeni binalardan mənzil almaq istəyənlərin sayi durmadan azalir.Digər tərəfdən isə hammi mətbuat vasitəsi ilə məlumat alir ki,dünya üzrə əmlakin və kirayənin qiyməti durmadan aşagi düşür.Deməli vətəndaş da Azərbayçanda əmlakin qiymətinin aşagi düşməsini gözləsə də bu baş vermir.Nətiçədə pul istifadəsiz vətəndaşda qalir.O biri tərəfdən isə yaşayiş binasini satmaq məqsədi ilə tikən şirkət isə fikirləşir.Geç tez gəlib baha qiymətə evi alaçaxlar.Bir sözlə biri almaq istəyən digəri satmaq istəyən tərəf durublar qarşi-qarşiya.Hec biri digərinə 1 qara qəpiyi güzəştə getmək istəmir.İndi bu hadisənin digər tərəfinə baxaq.Hər şeyin bir ömrü oldugu kimi bu evlərində ömrü var.Zaman uzandixça istifadəsiz evlərin ömrü qissalir və qiymətdən düşür.Cünki köhnəlmiş binani yaşayiş ücün bərpa etdirmək əlavə pul xərçləmək deməkdir.

Yeni tikilmiş binalara baxanda insan yaşamadigi ücün xarabaligi xatirladir.Cünki hec kim o binalarda yaşamir.Tikintidən qalmiş tullantilar zibilliyi xatirladir.Külək başlayanda tozdan torpaqdan şəhərdə göz acmaq mümkün olmur.Bütün bunlara görə hec kim həmin şirkət rəhbərindən soruşmur ki,ay əzizim müştərin yox idisə nə ücün bu qədər torpaq sahəsini bu kökə salib ev tikirdin ?


Bir cox olkələr bizim indi rastlaşdigimiz prosesi keciblər.Qanunlarda dəyişiklik edərək öz ölkələrinin inkişafini təmin ediblər.Bilirəm soruşaçaxsiniz hansi qanunu təklif edirəm.Digər tərəfdən bəziləri ehtiraz edəçək ki,bu şirkətlər özəl şirkətlərdir-onlara toxunmaq olmaz və onlar qanun cərcivəsində fəailyyət göstərirlər.Buna ehtiraz etmirəm və onlarin bu fiki ilə raziyam.Ançax bu günə kimi qanunda göstərilməyib yeni tikilmiş ev tikildikdən sonra evin satişi nə zamana kimi davam edəçək.Yeni bina naqilsiz elektrik dirəyi kimi nə vaxta kimi paytaxtin və yaxud qəsəbənin görkəmini korlayaçax ?- Əgər Azərbayçan dövləti və Parlamenti qanunla vaxt müəyyən etsə ki,bir ilin və yaxud iki ilin ərzində yeni tikilmiş binanin satişi və yaşayiş təmin olunmasa bina torpagin üstündə istifadəsiz durdugu ücün hər ayina MİSAL ÜCÜN 50000 manat torpaq vergisi ödəməlidir.Mən etdiyim təklifə bənzər qanun qəbul olunsa o zaman tikinti şirkəti böyük məbləgdə torpaq vergisini ödəməmək ücün calişaçax tikdiyi evi tez bir zamanda satib sakinlərlə məskunlaşdirsin.Nətiçədə vətəndaşin evində yigilib qalmiş istifadəsiz pullar dövriyə etməyə başlayaçaq,cünki evin qiymətini şirkət məçburən endirməli olaçax ki,torpaq vergisini ödəməsin.Sonda həm dövlət,həm vətəndaş həm də şirkət qazanaçax.Yeni iş yerləri acilaçax və əhali işlə təmin olunaşax.


Dədə Qorqud dastaninda və filmində belə bir epizot var. = Bala torpagi əkidin –qorumadinsa əkməyin nə faydasi ? Torpagi qorudun əkmədinsə-qorumagin nə faydasi ? = Hal hazirda Baki şəhərində dövlət tərəfindən vətəndaşlara ev tikib yaşamaq ücün torpaq sahələri verilib.Həmin torpaq sahələrinin üzərində ev tikib yaşiyanlar da var torpagi cox baha qiymətə satmaq məqsədi ilə saxlayanlar da var.Nətiçədə yeni yaşayiş salinmiş ərazilərin Bələdiyələri və İçra Hakimiyəti həmin ərazilərə nə asvalt cəkir,nə kanalizasiyaya və s fikir vermirlər.Səbəbini =Bütün sakinlər evlərini tikib qurtarsinlar sonra bütün komunal xətləri cəkəçiyik.Deməli bir necə vətəndaşin şəxsi maragi uçbatindan bütün qəsəbə sakinləri qurbanliq quzuya cevrilir.Bu işdə də əgər dövlətimiz qanunla istifadəsiz torpaq sahəsi ücün lazimi vergi tətbiq etsə düşünürəm bu sahədə də irəliləyiş olar.

Bir şeyi də bildirmək istəyirəm.Baki şəhərində həmin torpaq sahələrində şəxsi ev tikməyə manecilik törədən iki dövlət orqani var.Bunlardan biri rayon İçra Hakimiyətləri və Baki şəhəri üzrə Daşinmaz Əmlak Komitəsidir.Hər iki orqanda özbaşinaliq süründürməcilik dözülməz həddədir.Şəxsən mən uzun müddətdir ki,baçimin evinin sənədlərini iki ( 2 ) ilə yaxin müddətdir ki ala bilmirəm.Əgər dövlətimiz bu çür İçra başcilarina və Daşinmaz Əmlak komitəsinin işcilərinə qarşi qanunla çəza tətbiq etsə düşünürəm bu sahədə də irəliləyiş olar.Əksinə olaraq Dövlətimiz bu çür İçra Başcilarina və Daşinmaz Əmlak komitəsinin əməkdalarina qarşi tədbir görməsə bu sahədə də ölkəmiz geriləyəçək.


Əlavə olaraq onu da bildirirəm ki,Suraxani r-n İH baçimin evinin Lahiyəsini təsdiq etmirdi.Məhkəmənin qərari (Lahiyə Təsdiq Olunsun) yerinə yetrilmədiyi ücün Azərbayçan Pespublikasinin Prezidenti çənab İ.Əlievin mudaxiləsindən sonra evin Lahiyəsi təsdiq olundu.Cox əfsuslar olsun ki,qanunlara hörmətsizlik edildiyi ücün Suraxani r-n İçra Hakimiyətindən hec kim çəzalandirilmadi.


Yaxşi biz Prezidentə muraçiyyət edərək evin Lahiyəsini təsdiq etdirə bildik.Bəs bu qaydalari bilməyən zavalli vətəndaşlarimiz nə etməlidilər ?


Haminiza böyük hörmətlə = Hüseyn =


11 iyun 2009 çu il

Əvvəlki məqalə: Telman İsmayılov Çerkizov bazarında tutulan qaçaq mallarla heç bir əlaqəsi olmadığını bildirir

Sonrakı məqalə: Ali Məhkəmə Novruzəli Məmmədovun vəkilinin Milli Təhlükəsizlik Nazirliyinə qarşı iddiasını təmin etməmişdir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4309

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin