Türk mətbuatı: "Vladimir Putin Telman İsmayılova müharibə elan edib"
Türkiyənin dunyabulteni.net xəbər portalı belə hesab edir ki, Vladimir Putin gömrük xidmətində nəzarətin zəif olması bəhanəsindən istifadə edib telman ismaylovun şərik olduğu Çerkizov bazarı ilə əlaqədar cinayət işi qaldırılması tapşırığını vermişdir. Portalın fikrincə, Putinin məqsədi Telman İsmaylovun nüfuzunu sarsətmaqdır.
Türkiyənin haber7.com portalı "Putin İsmaylovdan intiqam alırmı?" sərlövhəli məlumatda yazır: Rusiya mətbuatı Telman İsmaylovun son vaxtlarda Rusiyaya heç gəlmədiyini və bütün vaxtını Türkiyədə keçirtdiyini yazaraq İsmaylovun türkiyədə təcili olaraq vətənbdaşlıq üçün müraciət etdiyini xüsusilə qeyd edir.
Rotahaber.com qəzeti isə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Telman İsmaylovun tikdirdiyi "Mardan Palace" otelinin təntənəli açılış mərasimində iştirak etməməsinin səbəbini araşdıraraq belə ehtimal irəli sürür ki, Ərdoğanın mayın 23-də Antalyada keçirilən mərasimdə iştirak etməməsi, hər halda, Rusiya rəsmi dairələrinin Telman İsmaylovun şərik olduğu Çerkizov bazarında 2 milyard dollarlıq qaçaqmal ilə əlaqədar cinayət işi açılacağını qabaqcadan bilməsi ilə bağlı ola bilər.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Günel Mövlud: Tüpürüm sizin mentalitetinizə!!!
Sonrakı məqalə: Telman İsmayılov Çerkizov bazarında tutulan qaçaq mallarla heç bir əlaqəsi olmadığını bildirir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4306
