Rusiya Telman İsmaylovdan Antalya otelinin qisasını alır
Rusiya prokurorluğu Moskvanın "Çerkizov" bazarında içində 2 milyard dollar dəyərində qaçaq və insan səhhəti üçün zərərli geyim əşyalarının olduğu 6 min konteynerlə əlaqədar cinayət işi açmışdır. Rusiya mətbuatı və prokurorluq iddia edir ki, Çerkizov bazarı və tutulan mallar "AST" şirkətlər qrupunun prezidenti Telman İsmaylova aiddir. Rusiyanın baş naziri Vladimir Putin günahkarların həbs edilməsi barədə əmr verib. Rusiya hakimiyyət dairələrinin Telman İsmaylova qarşı məhz indi hərəkətə keçməsi müxtəlif cür yozulur.
Mətbuatda çıxan bəzi yazıların müəllifləri sıravi vətəndaşların diqqətini Rujsiyadakı iqtisadi böhranın həqiqi səbəblərindən yayındırmaq üçün Telman ismaylovun qapazaltı seçildiyini təxmin edirlər. Türkiyə mətbuatı Rusiya hüquq mühafizə orqanlarının hərəkətini Antalyada möhtəşəm otel tikdirən Telman İsmaylova "göz dağı vermək təşəbbüsü" adlandırır və yazır ki, iddialara görə, məqsəd Türkiyədə sərmayə qoyan Telman İsmaylovu cəzalandırmaqdır.
("Mirzə Xəzərin Səsi" qəzeti
Əvvəlki məqalə: "Azadlıq" radiosunun keçmiş əməkdaşı, İsrail vətəndaşı Rövşən Rahib oğlu Hüseynov Bakıda itgin düşüb
Sonrakı məqalə: Günel Mövlud: Tüpürüm sizin mentalitetinizə!!!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4305
