"Azadlıq" radiosunun keçmiş əməkdaşı, İsrail vətəndaşı Rövşən Rahib oğlu Hüseynov Bakıda itgin düşüb
Day.az və 1news.az xəbər portallarının, habelə "Exo" qəzetinin iyunun 6-da yaydıqları məlumata əsasən, israil vətəndaşı Rövşən Rahib oğlu Hüseynov Bakının Səbayel rayonu ərazisində itgin düşmüşdür. Rövşən Hüseynov "Azadlıq" radiosunun keçmiş əməkdaşıdır. O, "Rövşən Bakılı" ləqəbi ilə efirə çıxırdı. Əlavə edək ki, o, 1970-ci illərdə Azərbaycan İncəsənət İnstitutunun rektoru olmuş Rahib Hüseynovun oğludur.
Eyni mənbələr xəbər verirlər ki, Bakıda, Yasamal rayonu ərazisində İsrail vətəndaşı Qasım Aslanovun meyiti tapılmışdır. Aslanovun cəsədi bir zibil qutusunda olub. Aslanovun bədənində zorakı ölüm əlamətləri tapılmayıb. Hər iki hadisə ilə əlaqədar istintaq-axtarış əməliyyatı davam edir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Azərbaycan Dövlət Neft Akademiyasındakı qırğından 40 gün ötür
Sonrakı məqalə: Rusiya Telman İsmaylovdan Antalya otelinin qisasını alır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4304