Eynulla Fətullayev Beynəlxalq Amnistiya Təşkilatının mükafatına layiq görülüb
"The Guardian" adlı ingilis qəzetinin xəbərinə görə, 2007-ci ilin aprel ayında həbs edilən və hal-hazərda islah əmək düşərgəsində cəza çəkən jurnalist Eynulla Fətullayev iyunun 2-də Beynəlxalq Amnistiya Təşkilatının xüsusi mükafatına layiq görülüb. "Amnestz İnternational" təşkilatının Böyük Britaniya şöbəsinin direktoru Keyt Allen bu qərarı elan edərkən Eynulla Fətullayevi "əsl cəsarətli jurnalist" adlandırmışdır. "The Guardian" "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevin hökuməti tənqid etdiyi üçün uydurma ittihamlar əsasında həbsə atıldığını qeyd edir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Məmməd İsmayıl: LEYLANIN “MƏKTUBLARI”
Sonrakı məqalə: Yevgeniy Primakov Telman İsmaylovun Türkiyədə sərmayə qoymasını doğru addım sayır
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4298
