Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Elnur Məcidli: Monarxik həyat tərzi monarxiya rejimindən daha təhlükəlidir

Mirzə Xəzər 31 May 2009

no comments

elnurrmajidliio9

Elnur Məcidli

 

emecidli@sozunduzu.com

 

Monarxiyasevərlərə ithaf olunur


Monarxiya haqqında yazı yazacağımı əvvəlki yazılarımda qeyd etmişdim. Nədir Monarxiya?

 

Mən monarxiya sözünün etimolojik mənasını burda açıqlamaq, təhlil etmək istəmirəm. Mənim vurğulamaq istədiyim nöqtə bir az fərqlidir.


Fikrimcə monarxiya sadəcə siyasi rejim deyil, eyni zamanda həyat tərzidir. Monarxik həyat tərzinin olması üçün heç də monarxiya rejiminin bərqərar olması lazım deyil. Monarxik həyat tərzi, monarxik düşüncənin məhsuludur.

 

Əgər bir insan 40 ildi eyni nəlbəkidə çay içib eyni eynəklə həyata baxırsa, bu artıq monarxik həyat tərzidir. Bu həyat tərzi isə, monarxiya rejimindən daha təhlükəlidir.

 

Bu eyni zamanda o deməkdir ki, bu insanın düşüncələri də 40 il əvvələ aiddir.


Düşüncələrdə inkişaf getmirsə, digər sahələrdə inkişaf qeyri-mümkündür. Bu düşüncə tərzi, istehsal əvəzinə istehlak edən topluluqlar yaradır. Bu cür cəmiyyətlərdə bir çox şey monoton olur - mono fikir, mono geyim tərzi, mono ədəbiyyat, mono iqtisadiyyat, mono lider və s. - çox rənglilik qəbul olunmur və fərqli tərzlər özündən qəbul edilmir.

 

Hər şey mono üzərinə köklənib - bütün sektorlar monoton hala gətirilir. Belə olan halda analoqu olmayanların sayında da artış baş verir.

 

Analoqu olmayanlar isə Mono Xiyara çevrilir. Nədir Mono Xiyar?


Mono sözünün mənası aydındı, bilməyənlər deməli Monoloq oxumuyublar - ya da ki bura yazım bir də axtarmasınlar - Tək deməkdi. Bundan başqa düşünürəm ki, Mono və Monqol sözləri arasında ciddi etimolojik əlaqə var - bunu da buraxıram Azərbaycanın görkəmli etimologiya alimlərinin öhdəliyinə ki araşdırsınlar.


Xiyara gəlincə isə bildiyimiz xiyardı. Ən xeyirli tərəvəzlərdən biridi - elə məna olaraq da xeyirli deməkdi. Ancaq xiyarı hər fəsildə yemək xeyirli deyil.


İndi Azərbaycan qış fəslini yaşayır, qışda isə xiyar yetişmir. Yetişdirilən xiyarlar isə gübrəli olduğundan yemək xeyirli deyil.

 

Prezident seçkilərindən sonra əkilən Referendum Xiyarını martın 18-də millətə yedirməyə çalışacaqlar. Burda əsas olan gübrəli məhsul yeməməkdi.


Yox, əgər aranızda Yedin də yemədin də xiyardır, çünki bura Azərbaycandır deyənləriniz varsa, mən bu xiyarı yemirəm.

 

Yemək istəyənlər buyursun…

 

 

Source: http://www.sozunduzu.com/?p=2284

Əvvəlki məqalə: "The Los Angeles Times": Azərbaycan Yaxın Şərq ixtilafının yeni cəbhəsinə çevrilir

Sonrakı məqalə: Fariz Hüseynov: Limitsiz Seçilmə Haqqı Niyə Pisdir?

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4294

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin