"The Los Angeles Times": Azərbaycan Yaxın Şərq ixtilafının yeni cəbhəsinə çevrilir
"Azərbaycan paytaxtı dünyanı bürüyən gizli müharibədə döyüş meydanına çevrilir". Amerikanın "Los Anceles Tayms" qəzetindəki yazısına bu qeyri-adi və son dərəcə bədbin cümlə ilə başlayan Sebastian Rotella 2008-ci ildə Hizbullah təşkilatının iki üzvünün və onların dörd azərbaycanlı köməkçisinin Bakıda İsrail səfirliyni partlatmağa cəhd göstərdiyi anlarda həbs edildiyini qeyd edir. Müəllifin fikrincə, Livanda fəaliyyət göstərən "Hizbullah" və bu təşkilatın hamisi sayılan İran Livanda şiə təşkilatının əfsanəvi lideri İmad Mugniyənin qətlinin qisasını almaq istəyib. Onların iddiasına görə, Mugniyə İsrail tərəfindən öldürülüb. İsrailin təhlükəsizlik məsələləri üzrə bir rəsmisinin məlumatına əsasən, "Hizbullah" və İran kəşfiyyatı Bakıda lazımı şəbəkə yarada bilmişlər.
"Haaretz" adlı İsrail qəzeti də "Hizbullah və İran Bakıda İsrail səfirliyini partlatmaq istəyiblər" sərlövhəli yazısında qeyd edir ki, Azərbaycan hüquq mühafizə orqanlarının vaxtında zərərsizləşdirdiyi qrupun üzvlərinin hazırda Bakıda məhkəməsi gedir. Xatırladaq ki, İran "Hizbullah" təşkilatının əsas silah tədarükçüsü və müttəfiqidir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Mirzə Xəzər: Türklərin genindən türklük çıxmadı, almanların genindən yəhudi geni çıxdı
Sonrakı məqalə: Elnur Məcidli: Monarxik həyat tərzi monarxiya rejimindən daha təhlükəlidir
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4292
