Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: BIÇAQLA DOĞRANILAN “AZƏRBAYCAN BAYRAĞI” ...

Mirzə Xəzər 29 May 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 


 

 

 

 

28 May-Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 91 illiyi, Dövlət tərəfindən adi bir AD günü səviyyəsində də qeyd olunmadı. Dövlət susduğuna görə ,bayram keçirtməyə vaxt tapmadığı üçün hamı lal oldu və heç kəs unudulan şərəfli tarixi xatırlamağa vaxt tapa bilmədi. Hətta, məktəb direktorları da.

 

 

 

Azərbaycan məmurları ƏMR qullarıdır. Onlar vəzifə kreslosuna oturanda Ağıllarını, Azadlıqlarını zirzəmidə naftalin qoxusu verən sandıqlarına qoyub, ağzını qıfıllayırlar. Yuxarıdan, tədbir keçirtmək üçün ƏMR gələn kimi, hamı qaça-qaça qaranlıq zirzəmidə gizlətdikləri SANDIĞın üstünə qaçırlar. Yüzlərlə var-dövlət sandığının parıldayan açarları arasından, paslanmış açarı tanımaq zor olmur. Sandıqdan bir damcı AĞIL, bir damcı AZADLIQ götürüb Bakının küçələrinə düşürlər...

 

 

 


Şar üfürmək, bayraq düzəltmək, tort bişirmək... yarışları başlayır. Hər kəs üfürdüyü yekə ŞARla, düzəltdiyi uzun BAYRAQla, tərkibində çoxlu qozu-fındığı olan bişirdiyi TORTu ilə qürur hissi keçirdir. Və onlar səbirsizliklə Prezidentin şəhər gəzintisinə çıxmasını gözləyirlər. Axı, tələbə məmurların “yaradıcılıqları, özfəaliyyəti” ilə tanış olub, gündəliklərinə yazılacaq qiymətlərin faizinin yüksək olması “sinif rəhbəri” Hacıbala müəllim üçün çox önəmlidir. “Əlaçı” şagirdləri çox olan müəllimdən heç kəs SİNFİNİ ala bilməz.

 

 

 

Azərbaycanı mədəniyyətsizlikdən, qəmdən-kədərdən, aclıqdan... nə ən yekə ŞAR,nə ən uzun BAYRAQ,nə də ən çox qoz –fındığı olan TORT xilas edə bilməyəcək.


İynə ilə deşilən ŞARlar çox uzaqlara uça bilmir!

 

Azerbaycan bayragi dalgalanir

 

 

 

 

Qəm-kədər dumanında itib-batan məmləkətdə ən uzun bayraqları nə MİLLƏT görə bilər, nə də ALLAH!

 

 

 

Aclıqdan qan qusan insanları qozlu –fındıqlı TORT sağalda bilməz!


28 May şərəfinə Türkiyədə Cəmil Çiçəkin və Azərbaycanın Ankaradakı səfiri Zakir Həşimovun birlikdə iştirak etdikləri mərasimdən fotonu görəndə başımın tükləri qalxdı. TÜRKsevər QARDAŞlar əl-ələ yapışıb, gülə-gülə “Azərbaycan bayrağı” tortunu bıçaqla doğraya bilirsə, demək Azərbaycan torpaqlarını da TORT kimi doğramaq olar. Vaxtı ilə Hitlerin kefini kəllə-çarxa qaldırmaq üçün, xəritə formasında olan tortdan ona “BAKInı kəsib” yedizdiriblər. Hitler faşizmin ATAsı sayıldığına görə, ”YER kürəsi” tortunu yeməkdən də imtina etməzdi. Amma qanında TÜRK qanı axan şəxslərin “Azərbaycan bayrağı” tortunu soyuqqanlıqla doğraması ən böyük FACİƏdir.

 

 

 

BAYRAQ MÜQƏDDƏSDİR!

 

 

 

Bayrağı tort kimi doğranan, yeyilən məmləkətin torpaqları işğal olunar!
Mithat Cemal Kuntayın “Bayrakları bayrak yapan üstündeki kandır, Toprak eger uğrunda ölen varsa VATANDIR!” misralarını bilməyənlər, ”Azərbaycan bayrağı” tortunu şən musiqi sədaları altında yeyib, ortalığa düşüb göbək rəqsi də edər.

 


Evdə KİŞİnin papağı ən uca yerə qoyulmursa, demək o evdə AİLƏ FACİƏsi yaşanır.
Şəhidlərin təmiz QANı çilənən BAYRAQın şəkli tort üzərinə çəkilib, doğranılıb yeyilirsə , demək o məmləkətdə DÖVLƏT FACİƏsi yaşanır.

 

 


Bayrağı paltar kimi əyinə geymək, tort kimi yemək QƏHRƏMANLIQ deyil!
Qəhrəmanlıq- Dövlət bayrağını göz bəbəyi kimi qorumaqdır !

 

 

 

Yerə düşən çörəyi görəndə götürüb öpüb ,gözümüzün üstünə qoyduğumuz kimi, ÜÇRƏNGLİ BAYRAĞIMIZın şəkli olan kağız, qəzet parçalarını da yerdə görəndə əyilib götürməliyik, öpüb gözümüzün üstünə qoymalıyıq. Bunu PREZİDENT də etməlidir, balaca UŞAQ da!


Vaxt var idi, MAVİ, QIRMIZI, YAŞIL rəngləri bir yerdə görmək üçün ürəyimiz tir-tit əsirdi. Nədən əl çatmaz arzulara QAN bahasına nail olduqdan sonra ,ARZU adiləşir?! Nədən səni sevənə dəyər verməmək xasiyyəti təkcə bizim millətin xislətində var?!

 

 

 

90-cı ildə , cehizlik xalçama ÜÇRƏNGLİ bayrağımızın rəsmini ilmələrlə toxuyanda, çoxu etiraz edib deyirdi” Sən siyasəti incəsənətə qarışdırırsan...”.Mən isə, sevimli, əziz bayrağımızın yanında Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə ucalan bayraq, bir daha enməz!” məşhur sözlərini də ilmələrlə həkk etdim. Amma nə yazıq ki, BİR KƏRƏ UCALAN BAYRAĞIMIZ dəfələrlə endi. Hətta, o dərəcədə endi ki,onu tort formasında hazırlayıb ləzzətlə yeyənlər oldu.


Qızım Rübabənin dörd yaşı olanda ,divara vurduğum xalçaya baxıb ”Üç rəngli bayraq” şerini yazmışdı.

 

 


Azərbaycan-
Səndən Göy tökülür!
Azərbaycan-
Səndən Qırmızı tökülür!
Azərbaycan-
Səndən Yaşıl tökülür!
Azərbaycan-
Səndən Ay tökülür,
Ulduz tökülür!
Azərbaycan-
Üç rəngli bayrağın üstə
Şəhidlərin qanı tökülür!

 


İNCƏSƏNƏT SİYASƏTə qarışıb VƏTƏNƏ xidmət edəndə, Rübabə kimi balacalar da heç vaxt çaşmaz! Amma AZƏRBAYCAN BAYRAĞInı ərzaq halına salanda məndən yaşlılar da çaşar! Bayrağını TORT edən məmləkətə, düşmənlər TORT QUTUSU kimi baxar!

 

 

 

 

 


Əvvəlki məqalə: Telman İsmayılov Türkiyədə ikinci otelini Erciyes dağında qurmaq istəyir

Sonrakı məqalə: Viktor Kojeni ilə bağlı rüşvət qalmaqalı Nyu York məhkəməsində davam edir

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4289

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin