Telman İsmayılov Türkiyədə ikinci otelini Erciyes dağında qurmaq istəyir
Telman İsmayılov
Türkiyənin Qeysəri böyükşəhər bələdiyyə sədri Məhmət Özhasekinin "CİHAN" informasiya agentliyinə verdiyi məlumata əsasən, "AST" şirkətlər qrupunun və Antalyada "Mardan Palace" otelinin sahibi Telman İsmayılov başda olmaqla Birləşmiş Ərəb Əmirlikləri və isveçrəli sərmayədarlar Erciyes dağında Qış Turizm Mərkəzi layihəsi çərçivəsində sərmayə qoymağı planlaşdırırlar. Məhmət Özhasek layihənin 200 milyon dollara başa gələcəyini və xarici sərmayəçilərdən
Birləşmiş Ərəb Əmirlikləri, birgə İsveçrə-Almaniya şirkətinin təmsilçiləri və Telman İsmaylovla danışıqlar apardığını bildirib. Telman İsmayılov Erciyes dağında otel inşa etmək istəyir.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Technorati Tags: Dağ yəhudiləri, Mardan Palace, Telman İsmailov, Telman İsmayılov
Əvvəlki məqalə: Novruzəli Məmmədovun kassasiya şikayəti təmin olunmadı
Sonrakı məqalə: Məlahət Ağacanqızı: BIÇAQLA DOĞRANILAN “AZƏRBAYCAN BAYRAĞI” ...
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4288
