Rus mətbuatı Telman İsmaylovu pulu Moskvada qazanıb, sarayı Türkiyədə tikdirdiyi üçün tənqid edir (Rus və Qərb mətbuatının fikirləri)
Telman İsmaylovun Antalyada tikdirdiyi "Mardan Palace" oteli və xüsusilə mayın 23-də misli görülməmiş təmtəraqla keçirilən açılış mərasimi Rusiya və Avropa mətbuatının diqqət mərkəzindədir.
Rusiyanın izvestiya.ru internet portalı "Mardan Palace" otelini Aralıq Dənizi hövzəsinin ən möhtəşəm və bahalı oteli adlandırır və ulduzların iştirak etdiyi təmtəraqlı açılış mərasiminin göz qamaşdırdığını qeyd edəndən sonra Moskvadakı Çerkizov bazarının keçmiş sahibi Telman İsmaylovun şəxsiyyətinə toxunub yazır: " Dağ yəhudisi Telman İsmayılovun adı "Forbes"un
"old school guy" "köhnə məktəbin kişiləri" siyahısında ən yuxarı yerdədir. Bu əfsanəvi qəhrəman qızıla bürünmüş "Falkon" təyyarəsində uçur. Onun kef məclislərində dünyanın ən parlaq ulduzları oxuyur...Telman barədə çox əfsanə gəzir və onların yarısı - həqiqətdir."
İngilitərənin "Daily mail" online portalının "Mardan Palace" otelinin açılış mərasimində iştirak etmiş müxbiri Antalyadakı bu möhtəşəm oteldə gördüklərini ağız dolusu tərifləyir. Otelin Avropanın ən varlı adamlarının sevilən məkanı olub-olmayacağı sualını verən müxbir yazır: "Mən iqtisadçı deyiləm, amma mənim fikrimcə, dünya get-gedə tənəzzülə batdığı bir zamanda belə bir otelin açılması, əlbəttə, düzgün addım sayıla bilməz. Bəlkə səhv edirəm, çünki bu böhran varlılara biz fani insanlar qədər təsir etməmişdir."
Rusiyanın "Комсомольская правда" qəzeti isə məsələyə başqa yöndən yanaşır. Qəzet qəzəblə yazır: " Rus zənginlərinin Rusiyada qazandıqları pulları xarici ölkələrdə xərcləməyə üstünlük verdikləri artıq heç kimi təəccübləndirmir. Lakin, iqtisadiyyat böhran içindədir və Moskvada, hətta, ən uğurlu inşaatlar belə dayandırılmışdır. Moskvada otellərin çatışmaması haqqında danışmaqdan yorulduq. Bax, İsmayılovun qazandığı pullara məhz burada ehtiyac var idi...Nə üçün Rusiyanın iş adamı türkiyə iqtisadiyyatına kömək etməyi tərcih etdi? Yoxsa, Moskvada və ya Rusiyanın başqa yerlərində sərmayə qoymağa yermi qalmadı?"
Almaniyanın "Bild" qəzeti Telman İsmayılovun Antalyadakı otelini Avropanın ən bahalı oteli adlandırır. Qəzet otelin açılış mərasimində Amerikanın parlayan ulduzlarının iştirak etdiyini qeyd edir və xatırladır ki, bu ehtişamın özünə görə qiyməti var. Oteldə bir gecə qalmaq üçün ən az 400 və ən "çox" 20 000 avro pul ödəmək lazımdır.
("Mirzə Xəzərin Səsi" qəzeti)
Technorati Tags: Mardan Palace, mountain jews, Telman İsmailov, Telman İsmayılov, Тельман Исмайлов
Əvvəlki məqalə: Özbəkistanın Xanabad şəhərində polis məntəqəsinə və milli təhlükəsizlik xidmətinin bölməsinə hücum olub
Sonrakı məqalə: 28 may istiqlal günü münasibətilə hamınızı təbrik edirik!
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4278

chox isterdim ki Telman Ismayilov Azerbaycanda da bele iwler heyata ke4irsin. Bu Azerbaycana yaxwi turist axinina getirib cixardardi.