Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Özbəkistanın Xanabad şəhərində polis məntəqəsinə və milli təhlükəsizlik xidmətinin bölməsinə hücum olub

Mirzə Xəzər 26 May 2009

no comments

Ozbek-milis



Milis əməkdaşları arasında ciddi itkilər var

Özbəkistan-Qırğızıstan sərhədində baş verənlərlə bağlı ilkin məlumat yayılıb. Lent.az-ın “Central Asian News” informasiya agentliyinə istinadən verdiyi məlumata görə, güc strukturundakı mənbə mayın 26-na keçən gecə naməlum ekstremistlərin Xanabaddakı Daxili İşlər Şöbəsinə və Milli Təhlükəsizlik Xidmətinin yerli bölməsinə hücum etdiklərini bildirib.

Hələlik məlumat rəsmi təsdiqini tapmayıb. Öz növbəsində agentlik də bu informasiyanın dəqiqləşdirilməsinə ehtiyac olduğunu bildirir.

“Central Asian News” qeyd edir ki, hücumda 20-dən çox yaraqlı iştirak edib. Onların güc strukturlarının binasını qumbara atandan sonra atəşə tutduqları və ya partlayıcıdan istifadə etdikləri bildirilir. İlkin məlumata görə, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı öldürülüb.

Məlumatı “ferqana.ru” saytı da təsdiq edir. Agentliyin mənbəsi bildirib ki, hücum edənlər avtomatlarla silahlanıblarmış.

LENT.AZ

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: HAVASINDAN BOZBAŞ İYİ GƏLƏN BAKI!

Sonrakı məqalə: Rus mətbuatı Telman İsmaylovu pulu Moskvada qazanıb, sarayı Türkiyədə tikdirdiyi üçün tənqid edir (Rus və Qərb mətbuatının fikirləri)

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4277

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin