Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Telman İsmaylovun Antalyada tikdirdiyi "Mardan Palace" otelinin möhtəşəm açıliş mərasimi keçirilir

Mirzə Xəzər 23 May 2009

no comments

Mardan Palace oteli

Foto: APA

Rusiyanın tanınmış sahibkarlarından biri, "AST" şirkətlər qrupunun prezidenti Telman İsmaylovun Antalyada inşa etdirdiyi möhtəşəm "Mardan Palace" otelinin mayın 23-də təntənəli açılış mərasimi keçirilib. Mərasimdən əvvəl keçirilən mətbuat konfransında Telman İsmaylovla yanaşı, mərasimə dəvət olunmuş amerikalı britaniyalı "ulduzlar" da iştirak etmişlər. Onların arasında Paul McCartney, Tom Jones, Mariah Carey, Monica Belucci, Richard Gere, Sharon Stone və başqaları da vardır. Türkiyə mətbuatı "Mardan Palace" otelinin inşasına 1,4 milyard dollar vəsait xərcləndiyini xüsusilə qeyd edir. Türkiyənin "Star" telekanalı isə otelin inşasına yalnız 500 milyon dollar xərcləndiyini bildirdi. Hollyscoop".com portalının xəbərinə görə, Mariah Carey və Tom Jones açılış mərasimində 1 saat mahnı oxumaq üçün hərəsi 1,5 milyon dollar alacaq. "Hürriyet" qəzetinin məlumatına görə, açılış mərasiminə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və xanimi Əminə Ərdoğan, habelə mədəniyyət və turizm naziri Ertoğrul Günay da dəvət olunmuşdur. Son məlumata görə, baş nazir Ərdoğan mərasimdə iştirak etməmişdir. "Milliyet" qəzeti isə xəbər verir ki, açılış mərasimində Qazaxstanın prezidenti Nursultan Nazarbayevin iştirak edəcəkdir.

("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalə: Məlahət Ağacanqızı: “QAVAL DAŞI” SUSAN, DƏFTƏRİ BAĞLANAN MƏMLƏKƏT

Sonrakı məqalə: Azərbaycan əsgəri təlim zamanı 5 hərbçini güllələyib

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4273

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin