Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Məlahət Ağacanqızı: AZƏRBAYCAN - İÇƏRİDƏN FƏTH OLUNAN QALA!

Mirzə Xəzər 15 May 2009

no comments

melahet2

Məlahət Ağacanqızı

 

 

 

 

 

 

 

 

Mən ilin doqquz ayını özümü KİŞİ kimi aparıram, qalan üç ayı isə candərdi QADIN kimi yaşamağa məcburam. KİŞİ cinsinə meylli olmağımın səbəbi, lap nağıllarda olduğu kimi ata- anamın doqquz ay, doqquz gün, doqquz saat... ana bətnində məni oğlan kimi əzizlədiklərinə görədir. Və hələ o vaxtlar, ana bətnində mən özümə söz vermişdim ki, qaranlıq dünyadan işıqlı dünyaya çıxan kimi KİŞİlərin hüquqları uğrunda mübarizə aparacağam.

 

 

 


Dünyaya üç övlad gətirməyimə baxmayaraq qardaşlarım mənə “qardaş bacım”, dostlarım “ a kişi” çağırır. Hətta dostlardan biri dözməyib uşaqların atasına demişdi: ”Sən kişi dostunun qədrini bil. Əgər bir gün silahını götürüb döyüşə getməli olsan, o tez sənə əlavə silahlar da verər ki, uduzmayasan. Mənim arvadım isə ,mən düşmənlə döyüşmək istəyəndə gəlib qollarımı tutar ki, məğlub olum...”.Vallah, bu tərifləri mənə yazdıran QADIN damarımdı. Qadınları kişilər tərifləməyəndə, özləri özlərini tərifə başlayırlar (əslində, bu qadınların özəl sirləri idi, yazdım). Axırıncı, xoşuma gələn tərifi də yazım, sonra keçim mövzuya. Xətrini qardaş qədər istədiyim ,şeirlərini çox sevdiyim dəyərli şair Sabir Sarvan mənə bağışladığı kitaba” Əziz qardaşım Məlahətə” yazıb verəndən sonra tam kişilərin tərəfinə keçmişəm. Mən KİŞİ adı almağımla fəxr edirəm!

 

 

 


Dünyadakı bütün gözəlliklərin və eybəcərliklərin başında QADIN dayanır. Törədilən hər bir cinayətin içində QADIN əli olur. Qadınlarsız nəsə bir iş görmək mümkün deyil. QADIN -Dövlətin, evin təməl daşıdır.

 

 

 


Son vaxtlar yerüstü və yeraltı sərvətlərimizlə bərabər DÖVLƏTin və MİLLƏTin gəlcəyi üçün ən dəyərli sərvət olan qızlarımızın –qadınlarımızın xarici ölkələrə axını başlayıb. Azərbaycan adlı QALA içəridən fəth olunub, amma heç kəsin kişiliyi çatmır ki, həqiqəti etiraf etsin. Hələ 20 il öncə “Gənclik” jurnalında “Qalanlar” adlı silsilə yazılarım dərc edilmişdi. O vaxtlar Rusiyaya kütləvi halda işləməyə gedən oğlanlarımız, rus qızları ilə evlənirdi. Və o vaxtlar yaşı ötən qızlarla uzun –uzadı söhbətlər etmişdim. Onlara ”Niyə vaxtında ərə getmədiniz?” sualını verəndə hərə bir söz desə də, qızlardan birinin cavabı daha ağrılı idi: ”Biz rus qızları kimi özümüzü sevdirməyi bacarmırıq...”.

 

 

 

Niyə bacarmırıq?! Ona görə ki, Azərbaycan xanımları kişilərin ÜRƏYİNdən əvvəl ciblərini, sonra isə pencəklərinə yapışan saçları analiz edirlər. Cibi boşalan, pencəyindəki pişik tükünə görə üzü danlanan kişi, ilan olub boğazına sarılan qadından da, cibindən də, həyatdan da iyrənib qapını çırpıb gedir. Sanki KİŞİ para ilə dolu bir yük maşınıdır, dəyəri yükünü boşaldana qədər olur...

 

 

 


Rus qadınlarına kişilər bayramda, doğum dünlərində GÜL verməyəndə küsürlər. Yəni dolaysı ilə kişiyə başa salmaq istəyirlər ki, mən- GÜL QADINam. Diqqətli ol, məni soldurma ki, mən sənə həyatın ətrini verə bilim...

 

 

 


Həyətlərdə iş görən ,yaşlı bir rus mujiki tanıyıram. Qazandığını içkiyə verən rus mujiki hər axşam evə gedəndə arvadına bir gül aparır. Məhəllədə dayanan müsəlman kişiləri rus mujikinin arxasınca “Kül sənin kişi başına!” deyən kimi, küçədə boş-boşuna dayanıb qeybət edən arvadları şaqqanaq çəkib gülürlər. Axşam isə rus mujikinin evindən qadın gülüşünün səsi, müsəlman kişisinin evindən isə qadın bağırtısı eşidilir...

 

 

 

 

Bizim məmləkətdə qadınlara nə gül bağışlayan kişi var,nə kişilərdən gül tələb edən qadın.Davalar -qızıl zəncirlər,iri soyuducular... məişət əşyaları üstündə olur.Sanki qadın arzusu ilə zəncirsiz bir İT və ya canlı SOYUDUCU olduğunu etiraf etmiş olur.
QADIN ana olduqdan sonra isə kişiyə analoqu olmayan müharibə elan edir. Əvvəlcə uşaqlarından “raqatka”, sonra tapança-avtomat silahları kimi istifadə edib ATAya zərbələr endirir. Ata zəhməti hesabına böyüyən uşaqlar ailə qurandan sonra NÜVƏ silahına çevrilib ATAnı tamam məhv edir.Nəticədə, cəmiyyət və mənəviyyat üçün çox təhlükəli olan ŞÜAlanma mənbəyi yaranır...

 

 

 


Yadımdadır, atam ağır xəstə olduğuna görə heç nə yeyə bilmirdi. Bir dəfə möhkəm qar yağmışdı, anam yağan qarın altında dəyirman daşında buğda üyüdürdü. Atam anama dəyirman daşında üyüdülən buğda unundan yuxa istədiyini demişdi. Son nəfəsində isə anama “Ürəyim balıq istəyir...” deyəndə, anam qaça-qaça, dəniz qırağına balıq alverçilərinin yaşadığı yerə getsə də əliboş qayıtmışdı. Atamın son nəfəsində “balıq arzusu” ürəyində qaldığına görə, anam heç vaxt balıq yemir...

 

 

 


Nədən, indi ərə gedənə qədər KİŞİlərin qarşısında diz çökən qızlar-qadınlar, sonradan KİŞİləri qarşısında diz çökdürür? Nədən Azəri kişilərinə it kimi hürən qadınlar, əcnəbi kişilərinin yanında lal olub susur? Axı, cılızlaşan KİŞİnin- toxumu da cılızlaşır. CILIZ toxumdan,-CILIZ MİLLƏT cücərər!

 

 

 


Azərbaycan oğlanlarını bəyənməyib, ingilisə ərə gedən qrup yoldaşı haqqında rəfiqəm Rəna xanım, maraqlı bir əhvalat danışdı. Demək, ingilis ər istirahət günləri dostları ilə QOLF oynamağa gedirmiş. Əcnəbi ər evə gələndə Azəri arvad tez ərişkasının dişli –buynuzlu ayaqqabılarının palçığını yuyub növbəti həftə üçün hazır qoyurmuş. Azəri xanımım bu hərəkətini izləyən ingilis qadın dözməyib ona deyib: ”Sən niyə özünü qul kimi aparırsan?! Biz necə edirik, sən də elə et. Ayaqqabılara dəymə, qoy palçığı qurusun, kimə lazımdır özü də təmizləsin”. Azəri ərin papağının tozunu təmizləməyə ərinən Azərbaycan qadını , nədən ingilisin ayaqqabısını təmizləmək üçün əldən-ayaqdan gedir?! Bəlkə, İngilis kişisinin ayaqqabısının qoxusu, Azərbaycan kişisinin papağının ətrindən daha xoşdur?! Olar da! Azərbaycan neftinin gəlirləri ingilisin cibində olanda, ingilis kişisinin qucağına girmək üçün Azəri qadınlarının axını başlayar.

 

 

 

Azərbaycan KİŞİləri, nə qədər gec deyil, ayılın! Nefti əcnəbibilərin cibinə axıtmağınız cəhənnəmə, heç olmasa MİLLƏTin gələcəyi olan qadınlarımızı əcnəbilərin qucağına axıtmayın. Yoxsa bir azdan kişili-qadınlı əcnəbilər üçün ya QOLF topu daşımalı, ya da QOLF ayaqqabısı yumalı olacağıq.Ətrafda oynayan cubbulu övladlarımız isə xorla oxuyacaqlar: ”Nəbinin BIĞları eşmə-eşmədir, amma PAPAĞI qolf topundan deşmə-deşmədir...”.

 

 

 

 

 


Əvvəlki məqalə: Məlahət Ağacanqızı: ZORLANAN SEVGİ ÇİÇƏKLƏRİ VƏ SÖZLƏRİ ...

Sonrakı məqalə: "Eurovision 2009" mahnı müsabiqəsində Azərbaycan 3-cü oldu! Təbrik edirik!

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4265

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin