Mirzə Xəzərin Səsi

Mirzə Xəzər milli mübarizəmizin rəmzidir… S. Rüstəmxanlı

Qədir bilmək sənət deyil, mədəniyyətdir… Mirzə Xəzər

Devid Filips: Türkiyə-Ermənistan sərhədinin açılması məsələsində Abdulla Gül ilə Rəcəb Tayyib Ərdoğan arasında fikir ayrılığı mövcuddur

Mirzə Xəzər 15 May 2009

no comments

turar

 

 

 

 

 

 

 

 

 

"Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinin tərəfdarı olan Amerika Birləşmiş Ştatlarə "yol xəritəsi"nin heç bir ilkin şərt irəli sürülmədən tətbiq edilməsini istəyir. Türkiyə-Ermənistan sövdəsinin uğursuzlüğü ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərəcək". Bu fikri, Vaşinqtonda yerləşən "beyin" mərkəzlərindən biri - "Birləşmiş Ştatların Atlantik Şurası" adlı mərkəzin əməkdaşı Devid Filips irəli sürüb. "Hürriyət" qəzetinin ingilis dilində olan "Hürriyet Daily News.com" xəbər portalının məlumatına görə, Devid Filips bu bəyanatı Amerika Konqresinin xarici məsələlər üzrə komitəsinin Avropaya aid yardımçı qrupunda keçirilən dinləmələr zamanı verib. Devid Filips bildirib ki, onun fikrincə, Türkiyə-Ermənistan sərhədinin açılması məsələsində dövlət başçısı Abdulla Gül ilə baş nazir Rəcəb Tayyib Ərdoğan arasında fikir ayrılıqları mövcuddur. Eyni iddiaya görə, Abdulla Gül Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin heç bir ilkin şərt irəli sürülmədən davam edəcəyini bildirir, baş nazir Ərdoğan isə ilkin şərt olaraq Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını istəyir.

 

 


("Mirzə Xəzərin Səsi" qəzeti)

Əvvəlki məqalə: Hillari Klinton: ABŞ Ermənistan prezidentinin səylərini himayə edir

Sonrakı məqalə: Məlahət Ağacanqızı: ZORLANAN SEVGİ ÇİÇƏKLƏRİ VƏ SÖZLƏRİ ...

Geri izləmələr

Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4268

Şərhlər

(Cavab formasına keç)

    İndilik heç bir şərh yoxdur
Fikrinizi bildirin