Ərdoğan: "Qarabağın işğalına son qoyulmadıqca Türkiyə Ermənistanla sərhədi açmayacaq"
Türkiyənin hurriyet.com.tr xəbər protalının verdiyi məlumata görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıda mətbuat konfransında bildirib ki, "Dağlıq Qarabağda mövcud olan indiki vəziyyət qəbuledilməzdir və heç zaman qəbul edilməyəcək. Türkiyə-Ermənistan sərhədinin bağlanması Qarabağın işğalının nəticəsidir". Sözünə davam edən
baş nazir deyib: "Mən təkrar etmək istəyirəm ki, işğala son qoyulana kimi Ermənistanla sərhəd bağlı qalacaq".
("Mirzə Xəzərin Səsi" qəzeti)
Əvvəlki məqalə: Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilə bilmədi
Sonrakı məqalə: Dəniz Baykal: "Ərdoğanın Bakıda verdiyi bəyanat sevindiricidir"
Geri izləmələr
Öz veb saytınızdan geri izləmək üçün aşağıdakı linkdən istifadə edin.
http://mirzexezerinsesi.net/articles/trackback/4257
